8.2.4.3. Yığıcı aparatın zibillənməsinin aradan qaldırılması zamanı təhlükəsizlik tədbirləri
Diqqət! Yığıcı aparatın zibillənməsinin aradan qaldırılması zamanı aparatın yerə düşməsi nəticəsində əzilmə və ya onun fırlanan hissəsinə toxunma zamanı sizə və ya digər şəxslərə ciddi xəsarət yetirilə bilər və hətta ölümlə nəticələnə bilər. Mühərrik söndürülməsə və aparat dayandırılmasa mövcud maneəni aradan qaldırmağa cəhd göstərməyin. Aparatı yerə endirmək və yaxud qoruyucu dayaqlar üzərində qoymaq lazımdır. Bədən xəsarətlərinin baş verməməsi üçün texnoloji materialı əl ilə maşının işçi orqanına yönəltməyin (Şəkil 8.28).
8.2.4.4. Pambıqyığan kombaynın bunkerindən qorunma
Diqqət: Pambıqyığan kombaynın bunkeri ağırdır və onun aşması sizə və ətrafdakı digər adamlara ağır xəsarət yetirə bilər və hətta ölümlə nəticələnə bilər. Bədbəxt hadisələrin baş verməməsi üçün qaldırılmış bunker altında işləyəndə klapanı işə salmaqla onu qaldırılmış vəziyyətdə ştoporlayın, yəni bərkidin. Bunker qaldırılmış vəziyyətdə olanda klapan həmişə işçi vəziyyətdə olmalıdır ki, bunkeri həmin vəziyyətdə blokirovka etsin. Bunkeri aşağı buraxanda ondan aralı durun və klapanın qolunu döndərməklə onu blokirovkadan azad edin. Bunker bloklayıcıdan azad edilməsə o öz-özünə aşağı düşməz (Şəkil 8.29). |