8.2.4.9. Xəbərdarlıq siqnalı
Kombaynda arxa hərəkət siqnalları Kombaynda arxa hərəkət siqnalları qoyulmuşdur. Kombaynı geriyə hərəkət etdirərkən səs siqnalı mütləq verilməlidir (Şəkil 8.38).
8.2.4.10. Kombaynda yanğın əleyhinə yanğın söndürən balonun qoyulması
Kombaynda saman-küləş silkələyənin sol tərəfində yanğın söndürən balon qoyulur. Bu mütləq olmalıdır (Şəkil 8.39). İldə bir dəfə yanğın söndürənin təzyiqi yoxlanmalıdır.
8.2.4.11. Taxılyığan kombaynların biçən hissəsinin, bunkerinin şneklərindən qorunma
Taxılyığan kombaynların biçən hissəsinin, bunkerinin, dən boşaldan və s. şneklərə hərəkətdə olarkən toxunmaq çox təhlükəlidir. Böyük sürətlə fırlanmaqla yanaşı kənarlardan mərkəzə doğru yivli istıqamətdə olması təhlükəlidir (Şəkil 8.40). Unutmayın! Uzun saçlarla işləmək təhlükəlidir. |