Diqqət! Fırlanan işçi orqanlar paltarın ətəyi, saçın ucu və s. ilişməklə ciddi fəsadlar yarada bilər. Pambıqyığan kombaynın şpindelləri, taxılyığan kombaynın şnekləri çox təhlükəlidir. Qadınlar uzun saçlarını xüsusi çalma ilə yığmalıdırlar (Şəkil 8.41). Xüsusi işçi geyimdən istifadə edilməlidir. Qoşma və yarım qoşma kənd təsərrüfatı maşınları traktordan açıldıqdan sonra onlara dayaq qoyulması Diqqət! Qoşma və yarım qoşma kənd təsərrüfatı maşınları traktordan açıldıqdan sonra onların qoşqu qurğusunun altına dayaq qoyun ki, aşmasın (Şəkil 8.42).
8.3. Qoruyucu geyimlər
Texnika ilə işləyərkən mexanizator və köməkçi işçilər şəxsi mühafizə vasitələri ilə təmin edilməlidir. Həyati təhlükələri önləmək üçün bu alətlərdən və qoruyucu vasitələrdən istifadə etmək zəruridir (Şəkil 8.43.). |