Bu əməliyyatlar ayrı-ayrı maşın traktor aqreqatı (MTA) ilə yerinə yetirilir. MTA-traktordan və işi yerinə yetirən kənd təsərrüfatı maşınının dəstinə deyilir. Kövşənliyin şumlanması traktor və kotandan ibarət aqreqatla yerinə yetirilir.
1.1.2.1. Sahənin üzdən yumşaldılması
Sahədə nəmliyi qorumaq üçün sahə üzdən yumşaldılır (Şəkil 1.3)
1.1.2.2. Alaqların məhv edilməsi
Cərgə arası becərilən bitkilərdə becərilən bitkilərin inkişafına mane olan alaq otlarını cərgəaralarından məhv etmək üçün mexaniki becərmə və kimyəvi mübarizə tətbiq edilir (Şəkil 1.4).
1.1.2.3. Şırımın açılması
Bitkilərin suvarılması üçün cərgəaralarında və taxıl bitkiləri əkilmiş sahələrdə müəyyən məsafədən bir suvarma şırımları açılır (Şəkil 1.5).
1.1.2.4. Torpağın sıxlaşdırılması və
düzləndirilməsi
Sahədə torpağın üst qatını sıxlaşdırmaq və səthini düzləndirmək üçün vərdənəli və hamarlayıcı aqreqatlardan istifadə edilir (Şəkil 1.6). |