1.1.7. Şum aqreqatının tarlada işə hazırlanması
Kotanın diskli bıçağını və ön kotancığını düzgün quraşdırmaq lazımdır (Şəkil 1.15).
1.1.7.2. Kotanın verilmiş şum dərinliyinə
nizamlanması
Kotanın verilmiş şum dərinliyinə üfüqi hamar səthdə nizamlayırlar (Şəkil 1.16): Kotanın gövdələrini şum dərinliyi qədər meydançanın səthindən qaldırırlar, dayaq təkərini gavahınların dayaq müstəvisinə qədər endirirlər. Elə nizamlanır ki, dayaq təkərindən gavahınlara qədər olan məsafə şum dərinliyindən 2-3 santimetr az olsun, bu, kotanın ağırlığından torpağın sıxlaşmasını nəzərə alır.
1.1.7.3. Diskli kotan
Hazırda Türkiyənin istehsal etdiyi diskli kotanlar Respublikaya gətirilmişdir (Şəkil 1.17). Diskli kotanın iş prosesinin fərqi ondadır ki, torpaq layı çevrilməklə yanaşı oxlanaraq xırda hissəciklərə parçalanır, alaq otları məhv edilir. Şırımın dibində kiplənmiş lay əmələ gəlmir. Şum aqreqatı qoyulan aqrotexniki tələblərə görə şum zamanı 8-12 kilometr/saat sürətlə hərəkət edir. |
|