1.2.9. Mineral gübrələrin verilməsi
Mineral gübrələr şumdan əvvəl və erkən yazda taxıl sahəsinə mineral gübrəsəpən maşınla səpilir. Cərgəarası becərilən bitkilərin vegetasiyası dövründə yemləmə gübrəsi verilir. Mineral gübrələr gübrəsəpən maşının gübrə qabına tökülür (Şəkil 1.24) |
Toxumun səpilməsi bitkilərin becərilməsində vacib aqrotexniki əməliyyat hesab edilir.
Gələcək məhsul səpinin vaxtında və keyfiyyətlə aparılmasından asılıdır.
Səpinin aparılması üçün torpaq “yetişməlidir”. Əks halda səpilən toxumum inkişafı üçün tələb olunan temperatur və rütubət təmin edilməsə toxumların cücərməsi mümkün olmayacaq.
Səpin ləkləri, səpin aqreqatları işə hazırlandıqdan toxum, gübrə və digər materiallar tədarük edildikdən sonra səpin işləri yerinə yetirilir.
Toxumları səpin üsulları, səpin texnikası, onların işə hazırlanması, toxumsəpən aqreqatlarla işləmək qaydaları növbəti bölmədə ətraflı öyrəniləcəkdir.
Cərgə aralarında qulluq işlərinə alaqların məhv edilməsi, torpağın yumşaldılması, xəstəlik və zərərvericilərə qarşı mübarizə, bitkilərə yemləndirici gübrələrin verilməsi, suvarma və s. daxildir.
1.3.1. Cərgə aralarında və cərgələrdə torpağın
mexaniki becərilməsi
Buraya cərgəarası becərilən bitkilərin cərgə aralarının 8-12 santimetr dərinlikdə yumşaldılması və alaqların kəsilməsi aiddir (Şəkil 1.25). |