1.3.3.5. Frontal gedişli pivod suvarma sistemi
Frontal gedişli pivod suvarma sistemi böyük ölçülü sahələrdə su mənbəyi olan halda tətbiq edilə bilir. Yeni vəziyyətə gətirilmək üçün dartıcı vasitələrə qoşularaq dartılır (Şəkil 1.34).
1.3.3.6. Dönən fırlanan suvarma sistemi
Dönən fırlanan suvarma sistemi dayandığı yerdə fırlanmaqla suyu yağış kimi yağdırmaqla torpaq səthinə çiləyir. Suvarma sisteminə su nasos vasitəsilə vurulur, yaradılan təzyiqdən su ucluqlardan yağış kimi püskürdülür, Suvarma sistemi dartıcı vasitəyə qoşularaq yerini dəyişir (Şəkil 1.35).
1.3.3.7. Uzununa suvarma sistemi
Pivod suvarma sistemlərinin uzununa suvarma sistemi son vaxtlar geniş tətbiq olunur. Bu suvarma sistemləri müxtəlif bitkilərin yağış yağdırmaqla suvarılmasında istifadə olunur (Şəkil 1.36). |