1.3.3.8. Kanaldan qidalanma sistemi
Əksər suvarma sistemlərinin su mənbəyi kimi su kanallarından istifadə edilir. Kanaldan qidalanma sistemi suyu kanaldan sormaqla götürür və təzyiq altında sistemə vurur (Şəkil 1.37).
1.3.3.9. Dairəvi və müxtəlif istiqamətli-cıdır
sistemli suvarma
Burada suvarma sisteminin hərəkəti cıdırda atların hərəkət istiqamətinə bənzəyir. Odur ki, dairəvi və müxtəlif-cıdır istiqamətli adlandırılır. Şəkil 1.38-dən göründüyü kimi avadanlıq həm düzxətli, həmdə dairəvi hərəkət etməklə suvarma yerinə yetirir.
1.3.3.10. Suvarmada yaranan alaq problemi
Hər dəfə sahə suvarıldıqdan sonra mədəni bitkilər kimi alaq otları da inkişaf edir, bəzi alaqlar mədəni bitkidən daha sürətlə inkişaf edir, çünki, kök sistemi üzdə olur suyu yaxşı mənimsəyir (Şəkil 1.39).
1.3.4. Alaq otlarına qarşı mübarizə
Vegetasiya dövründə qalxan alaqlar təcili məhv edilməlidir. Alaqların mexaniki yolla, əl əməyi ilə kəsilmə fraqmenti şəkil 1.40-də göstərilmişdir. İşçi alağı kətmənlə kəsir. Bu çox əmək və vaxt tələb edir. |