1.5.3. Otun tayaya vurulması
Otu biçib tirədə soluxdurduqdan sonra quru kütləni tirəyə yığır, tirədən qotman düzəldir, qotmanı daşıyıb tayaya vururlar (Şəkil 1.60). Bu zaman istifadə edilən maşınlar:
• Otbiçən;
• Dirmıq; • yığıb-qotmanlayıcı; • asma xizək və qotman daşıyan; • taya vuran. Bu üsul çəmənlik zonada tətbiq edilir. |
Otu biçib, 45-55 faiz nəmliyədək soluxdurub (qismən qurudub) xırdalayır və xəndək və ya qüllədə konservləşdirirlər.
1.5.5. Yemlərin siloslanması
Qarğıdalı, günəbaxan və başqa bitkilərin biçilib, xırdalanmış yaşıl kütləsindən silos hazırlayırlar. Xırdalanmış silosluq yaşıl kütlə xəndəyə tökülür, ağır traktorla sıxlaşdırılır, üzəri kip plyonka ilə örtülür (Şəkil 1.61).
1.5.6. Otun yaşıl yem üçün yığılması
Yaz-yay və payız dövründə mal-qaranın bağlı saxlandığı zaman otdan və başqa bitkilərdən xırdalanmış yaşıl yem kimi istifadə edirlər. Yaşıl yem kimi yetişdirilmiş bitkilər Don 680 M markalı Yemyığan kombaynla biçilib, xırdalanır və yanaşı gedən nəqliyyat vasitəsinə yüklənir (Şəkil 1.62). |