1.5.7. Ot unu hazırlanması, otun üyüdülməsi
Quru ot, küləş heyvandarlıqda yem qarışığına əlavə etmək üçün üyüdülür. Azərbaycan “Aqromexanika” ETİ-nun əməkdaşlarının layihəsi əsasında “Aqrolizinq” ASCnin sifarişi əsasında “Kaspi-yıldız” Azərbaycan- Türkiyə müştərək müəssisəsi 2017-ci ildən mini yem üyüdən istehsal edir (Şəkil 1.63). Yem üyüdənin quruluşu və istifadəsi sadədir, elektrik mühərrikindən hərəkətə gətirilir.
1.5.8. Dənli bitkilərin məhsulunun yığılması
Yetişdirilən məhsulu vaxtında yığmaq üçün taxılyığan, pambıqyığan, çuğunduryığan, kartofyığan, yemyığan, qarğıdalıyığan, çəltikyığan, noxudyığan və s. kombaynlar var və onlardan istifadə etməklə məhsul itkisiz yığılmalıdır. Şəkil 1.64-də Claas Dominator 130 markalı kombaynlarla taxılın biçilməsi fraqmenti göstərilir. Biçilmiş taxıl kütləsi döyən aparatda döyülür, saman küləş xırdalanaraq sahəyə səpələnir və ya qotman halında toplanaraq müəyyən məsafədən bir sahədə qoyulur. Dən bunkerə yığılır.
1.5.9. Alçaq boylu taxılın yığılması
Taxıl, çəltik, noxud, qarğıdalı, günəbaxan bir sözlə dənli bitkilər xüsusi kombaynlarla yığılır, döyülür, dən küləşdən ayrılır. Taxıl bitkiləri gövdəsinin hündürlüyünə görə fərqli olur. Bunun üçün kombaynların biçən hissəsi, cəhrənin və biçən aparatın fırlanma sürəti müvafiq olaraq tənzimlənməlidir. Almaniyanın CLAAS firmasının Dominator-130, Tuqano və s. kombaynlarının alçaq boylu taxılın biçilməsində istifadəsi şəkil 1.65.-də göstərilir. |
|