Preslər sahədə preslənərək qoyulur (Şəkil 1.74).
1.6.1. Rulon formalı pres bağlayan aqreqat
Bəzi presbağlayanlar presi rulonladıqdan sonra konservasiya məqsədi ilə onun üzərinə polietilen pərdə sarır. Polietilen pərdə ilə üzləmə xüsusi maşınla yerinə yetirilir. Maşın traktor aqreqatı şəkil 1.75-da verilir. Rulon formalı preslər sahədə qoyulur (Şəkil 1.76)
1.6.2. Preslərin daşınması
Preslər xüsusi nəqliyyat vasitəsinə yüklənir. daşınır və tayaya qoyulur (Şəkil 1.77). Preslərin daşınması xüsusi platformalarda yerinə yetirilir. Düzbucaqlı formalı presləri traktor qoşquları və böyük yükgötürmə qabiliyyətinə malik yük avtomobilləri ilə daşıyırlar. Rulon formalı presləri platformalara yığıb saxlanma yerinə və ya fermalara daşıyırlar (Şəkil 1.78). Platformanın hidravlik qaldırıcısı vasitəsi ilə preslər qaldırılaraq platformaya qoyulur və daşınır. Müasir Avropa istehsalı olan CLAAS, NEW Holland, Sampo Rosenlew kombaynları küləşi xırdalayıb sahəyə səpir. Yanğın üçün təhlükə yaradır. |