1.8. Torpağın xarakteristi
Torpaqla səmərəli işləmək üçün yerli torpağın xassələrini yaxşı öyrənmək lazımdır. Diqqət! Siz öz torpağınızın xarakteristikasını nə qədər yaxşı bilsəniz onun sağlamlaşdırılmasına yönəlmiş tədbirlər bir o qədər yaxşı nəticə verəcəkdir. Şəkil 1.80-də iki fərqli struktura, məsaməliyə, münbitliyə və sıxlığa malik torpaq layının kəsiyi verilmişdir. Şəkildən görünür ki, b) layının məsaməliyi a) layına nisbətən çoxdur, sıxlığı azdır, daha münbitdir. |
Yaxşı torpağın xassələri onun strukturu ilə müəyyən edilir. Belə torpaq layında bitkilərin kök sistemi yaxşı inkişaf edir.
Münbit qat məsaməli struktura malikdir. Belə torpaq süngər kimi suyu və qidalı maddələri özünə çəkir.
Yerüstü selləmə suvarma torpağın aşınmasına, yuyulub eroziya edilməsinə, strukturunun pozulmasına səbəb olur. Yerüstü selləmə suvarmanın yaratdığı fəsadlar şəkil 1.81-də əks olunmuşdur.
Bunlar nə kimi təsir edir?
Torpaqdakı su, münbitliyin və bitkilərin məhsuldarlığının əsas amilidir. Suda qidalı maddələr həll olur və torpaq məhlulundan köklər vasitəsi ilə bitkiyə daxil olur. Şəkil 1.81. Yerüstü selləmə suvarmanın fəsadları. 50 |