Yaşadığınız ərazidə fəaliyyət göstərən fermer təsərrüfatlarına səfər edərək taxıl yığımında iştirak
edin və hansı kombayndan istifadə etdiyi haqqında məlumat toplayın;
Yaşadığınız rayonda becərilən bitkilərin siyahısını tərtib edin;
Rayonunuzda becərilən taxıl və cərgəarası becərilən bitkilərdən birinin səpinində iştirak edin,
toxumun basdırılma dərinliyini, üstünün torpaqla örtülmə vəziyyətini müəyyən edin;
Toxum səpini zamanı aqreqatın hansı hərəkət üsulu ilə hərəkət etdiyini müəyyən edin;
Səpin prosesində iştirak etdiyiniz sahə haqqında məlumat hazırlayın: ölçüləri, uzunluğu, eni,
torpağın səpinə hazırlanma vəziyyəti və s.
Yaşadığınız ərazidə becərilən bitkilərin xəstəlik və zərərvericilərinə qarşı istifadə edilən
mübarizə üsullarını öyrənin;
Rayonunuzda yerləşən texnika parklarında olan və bitkilərin kimyəvi mühafizəsində istifadə edilən
çiləyici maşınlar haqqında məlumat toplayın;
Bitkilərin alaq otlarında təmizlənəsi prosesində iştirak edin;
Rayonunuzda bitkilərin yağışyağdıran qurğular vasitəsi ilə suvarılması prosesini müşahidə edin;
Selləmə suvarma ilə suvarılmada torpağın eroziyasını müşahidə edin;
Otun biçilməsi, dırmıqla tirəyə yığılması və preslənməsi əməliyyatlarında iştirak edin;
Rayonunuzda taxıl biçini vaxtı fermer təsərrüfatına səfər etməklə küləşin necə toplanmasında,
preslərin bağlanmasında iştirak edin;
Yaxın ərazidə pambıq bitkisinin zərərvericisi olan sovkanın mexaniki yolla əl ilə
kənarlaşdırılmasında iştirak edin və sovka haqqında məlumat toplayın;
Bir pambıq kolunda neçə pambıq qozası olduğunu, neçə pambıq ləçəyi olduğunu sayın, pambığın əl ilə
yığılmasında iştirak edin;
Şum aqreqatının naturada tərtib edilməsində (faktiki aqreqatlaşmasında) və şumun yerinə
yetirilməsində iştirak edin, layın çevrilməsini müşahidə edin və şumdan sonra əmələ gələn
kəltənlərin ölçüləri haqqında məlumat toplayın;
Maşın traktor aqreqatı sahədə əməliyyat yerinə yetirərkən təkərlərin izində torpağın sıxlaşmasını
müşahidə edin;
Təkərin izində və iz olmayan yerdə adi baxmaq və əllə toxunmaqla torpağın sıxlaşmasını müqayisə
edin;
Hər bir tapşırıq üzrə əldə etdiyiniz məlumatları qrup yoldaşlarınızla müqayisə və müzakirə edin.