|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 1
Sual 1. Torpağın əsas becərməsi hansı aqreqatla yerinə yetirilir?
A) Şum aqreqatı ilə;
B) Kultivator aqreqatı ilə;
C) Toxum səpənlə;
D) Gübrəsəpənlə.
Sual 2. Ləklərdə kəltənlərin əzilməsi hansı aqreqatla yerinə yetirilir?
A) Kombaynla;
B) Çiləyici ilə;
C) Vərdənə ilə;
D) Diskli mala ilə.
Sual 3. Taxıl toxumunu səpən zaman hansı aqreqatdan istifadə edilir?
A) Mineral gübrəsəpəndən;
B) Dişli maladan;
C) Toxum səpən maşından;
D) Kultivatordan.
Sual 4. Bitkilərin zərərvericisinə qarşı mexaniki mübarizə üsulu nə ilə yerinə yetirilir?
A) Qollu Çiləyici ilə;
B) Traktorla;
C) Əl ilə;
D) Ventilyatorlu çiləyici ilə.
Sual 5. Taxıl məhsulunu hansı kənd təsərrüfatı maşını ilə yığırlar?
A) Traktorla;
B) Kombaynla;
C) Kultivatorla;
D) Diskli mala ilə.
Sual 6. Torpağın nəmliyi nə ilə tənzimlənir ?
A) Gübrə verməklə;
B) Şumlamaqla;
C) Malalamaqla;
D) Suvarmaqla.