2.2.4. Səpin cərgələrində düzxətlilik
Səpin cərgələri düzxətli olmalı və cərgəaraları eyni bərabərlikdə olmalıdır. - Cərgə arası məsafədən meyletmə 8 faizdən çox olmalı deyil. Şəkil 2.5-də səpin cərgələrinin düzxətliyinin normal olduğu əkinin şəkili verilmişdir. Göründüyü kimi, cərgələrin düzxətliliyi təmin edilmişdir.
2.2.5. Səpin aqreqatının hərəkət üsulları
Səpin aqreqatlarının əsas hərəkət üsulu məkik hərəkət üsuludur (Şəkil 2.6). Burada aqreqatın gedişləri növbələşir. 1-ci gediş sahənin sol tərəfindən başlamaqla, növbəti gedişlər ardıcıl aparılır. Toxum səpən maşının tək nömrəli gedişində sağ markerin açdığı, cüt nömrəli gedişində isə sol markerin açdığı izlə aqreqatın növbəti gedişi aparılır, bununla qovuşuq cərgəaralarının eni tənzimlənir. Dönmə zolağının eni 2Biş götürülür, yəni aqreqatın en götürümünün 2 mislinə bərabər olur. |
Müxtəlif ölçüyə, fiziki-mexaniki xassəyə malik olan toxumların səpilməsində müxtəlif toxum səpən maşınlar istifadə edilir.
Toxumsəpən maşınlar mexaniki, pnevmatik, dəqiqsəpən, asma, qoşma, səpinlə birlikdə gübrə verən və s. tipli olur.