2.3.9. Səpən aparatın iş qaydası
Şəkil 2.17-də makara tipli mexaniki toxum səpən aparatın iş prinsipi göstərilmişdir. Şəkildə 1 - toxum borusu, 2 - makara, 3- toxum qutusu və ya makaranın altlığı işarə edilmişdir. Göründüyü kimi makara soldan sağa doğru fırlanmaqla toxum qutusundan toxumu götürərək toxum qutusunun çıxışına və toxum borusunun ağzına gətirir. Toxum öz ağırlığı hesabına toxum borusu ilə aşağıya cığır açanın torpaqda açdığı cığıra düşür.
2.3.10. Səpən aparatın toxumsəpən diski
Mexaniki tipli toxumsəpən aparatın səpici diksinin sxemi şəkil 2.18-də verilmişdir. Göründüyü kimi diskin-makaranın üzərində fərqli ölçülü dişləri olan disklər vardır. yerləşdirilmişdir. Disklərin dişləri böyük ölçülü toxumların səpilməsi üçündür.Burada 1 - toxumlar üçün; 2 - xırda toxumlar üçün nəzərdə tutulmuşdur. |
Cığıraçanlar toxum səpənlərin əsas işçi orqanlarından biridir.
Cığıraçan adından göründüyü kimi səpıləcək toxumun torpağa basdırılması üçün aqrotexniki qaydalarda müəyyən edilmiş dərinlikdə cığırın açılması üçündür.
Müasir toxumsəpən maşınlarda qoyulan cığıraçanlar iki növdə olur:
Anker və diskli tipli.