2.3.11.1. Anker tipli cığıraçan
Anker tipli cığıraçanın əsas elementi torpağı yararaq cığırı açan ankeri-baltaya oxşar tiyəsidir (Şəkil 2.19., 2). Şəkildə 1- toxum borusunun cığıraçana birləşdiyi bənd göstərilir. 3- cığıraçanın torpaqda açdığı cığıra, toxum düşdükdən sonra onun üstünü torpaqla örtən üstörtəndir. Anker tipli cığıraçan şəkil 2.19. verilmişdir.
2.3.11.2. Diskli tipli cığıraçan
Diskli cığıraçanın quruluşu şəkil 2.20-də verilmişdir. Şəkildən göründüyü kimi diskli cığır açan torpağı yaran diskdən (1), toxum borusunun sonuna birləşdirilən, toxumu cığıra yönəldən qəlyandan (3), disk üzərində toxum arasını tənzimləyən qovşaqdan (4) və diskin üzərinə yapışmış torpağı təmizləyən sıyırıcı diskdən ibarətdir.
2.3.12. Tirəli üsulla taxıl toxumsəpən maşını
Tirəli üsulda taxıl toxumu səpmək üçün tirəli toxum səpən maşından istifadə edilir (Şəkil 2.21). Bu maşın adi cərgəli toxum səpəndən fərqi ondadır ki, tirələr arasında cərgəarasından 2-3 dəfə çox ara məsafəsi qoyulur. Taxıl cərgələri tirə formasında olur. Üstünlüyü ondadır ki, tirələr arası məsafədə taxıl səpilmədiyindən aqrotexniki əməliyyatları yerinə yetirmək asanlaşır, torpaq çox sıxlaşmır, bitkinin inkişafı üçün normal şərait təmin edilir. |