2.3.13. Çovdar toxumu səpərkən aqreqatın hərəkət üsulu
Çovdar toxumu səpilərkən məkik və ikigedişli məkik hərəkət üsulu tətbiq edilir. İki gedişli məkik üsulda aqreqatın bir gedişindən sonra iki en götürümü ara qoyub ikinci gedişi edir və üçüncü gedişdə arda qalan zolağı səpməklə hərəkət edir. Beləliklə sahə səpilir və iki gedişdən bir məkik əmələ gəlir (Şəkil 2.22). Qeyd edildiyi kimi məkik hərəkət üsulu ilə gedişlərin ardıcıl növbələşməsi deməkdir.
2.3.14. Böyük ölçülü dəqiq səpinin aparılması
Böyük ölçülü dəqiq səpin apardıqda sahələrdə aqreqatın gedişləri və dönmə zolaqları işarələnməlidir (Şəkil 2.23). Böyük ölçülü dəqiq səpin iri massivlərdə mümkündür. Şəkildən göründüyü kimi A – zonası böyük ölçülü massivi göstərir. İşarələnmiş sahə səpin aparılan ləki göstərir. Burada Lr – sahənin işçi uzunluğunu, E- dönmə zolağını göstərir. Həmişə olduğu kimi, əsas sahə səpildikdən sonra dönmə zolaqları səpilir
2.3.15. Səpinin keyfiyyətinə nəzarət
Səpin zamanı aqreqatın işini və səpinin keyfiyyətini dəyərləndirmək məqsədi ilə səpinin keyfiyyətinə nəzarət edilir (Şəkil 2.24). Səpinin keyfiyyətinə aqreqatın I, II və III gedişində, sonra isə növbə ərzində 2-3 dəfə nəzarət edilir. Bunun üçün toxum səpilmiş cərgədə toxumların üstü müəyyən məsafədə torpaqdan təmizlənir, toxumun basdırılma dərinliyi, cərgəarası məsafə, xüsusilə qovuşuq cərgələrdə cərgə arası məsafə, cərgədə toxumlar arası məsafə, cərgələrin düzxətliliyi, gübrənin verilmə vəziyyət və basdırılma dərinliyi və s. Göstəricilər ölçülür və səpinin keyfiyyəti haqqında fikir yürüdülür. |