Məhsul itkisi yaranır. Toxumlar eyni dərinlikdə basdırılmalıdır. Şəkil 2.27-də toxumların müxtəlif dərinlikdə basdırılması göstərilmişdir. Şəkildən göründüyü kimi toxumlar düzgün basdırılmayıb - dərinlik fərqlidir. Toxumun eyni dərinlikdə basdırılması bitkilərin eyni inkişaf etməsini təmin edir. Şəkil 2.28-də toxumların eyni dərinlikdə basdırılması göstərilmişdir. Göründüyü kimi, çıxışlar eyni boyda və eyni səviyyədədir. Diqqət! Səpin zamanı aqreqatın dayanmadan işləməsini təmin etmək üçün sahənin kənarında ehtiyat toxum saxlanılmalıdır. Şəkil 2.29-da səpin zamanı toxum ehtiyatı nümayiş etdirilir. Böyük sahələrdə işlədikdə toxum toxumusəpən maşına xüsusi yükləyən vasitələrlə yüklənir.
2.3.18. Cərgəarası becərilən bitkilərin səpilməsi
Qarğıdalı, günəbaxan, pambıq və şəkər çuğunduru səpən zaman cərgələrdə və ya yuvalarda toxumları düzgün və verilmiş sayda yerləşdirmək lazımdır. Yuvalı və kvadrat yuvalı səpində hər yuvaya qarğıdalı və günəbaxanda 2-3 toxum, paxlalılarda və pambıqda 4-5 toxum, bostan bitkilərində 3-4 toxum səpmək lazımdır. Şəkər çuğunduru səpən aqreqatın sahədə hərəkət üsulu. Məkik hərəkət üsulu, aqreqatın sahənin kənarlarında dönməsi üçün 12 metr enində dönmə zolağı ayrılır. İşçi gedişlər bir birinin ardınca növbələşmiş olur. Dönmə zamanı sola və sağa dönməli ilməkli dönmə növündən istifadə olunur (Şəkil 2.30). |