2.3.22. Qarğıdalının intensiv becərilməsi
Qarğıdalının intensiv becərilmə texnologiyası aşağıdakı texnoloji proseslərdən ibarətdir (Şəkil 2.37). İşin keyfiyyətinə mütəmadi nəzarət edilir: əsas şərt işçi sürətin və qovuşuq cərgəaralarının sabit saxlanması və hərəkətin düzxətli olmasıdır.
𝐯𝐢ş=𝐜𝐨𝐧𝐬𝐭
Şəkər çuğundurunun səpini yalnız bölgələr üzrə rayonlaşdırılmış sortlarının yüksək reproduksiyalı toxumlarından istifadə edilir. Toxumların ölçüsü əsasən 3,5-4,5 millimetr, qismən 4,5-5,5 millimetr olmalıdır. Dəqiq səpində norması 6-9 kiloqram/ha olmalıdır. Səpin əsasən 60 santimetr cərgəarası ilə aparılır (Şəkil 2.38). Nəmlik kifayət etmədikdə daha dəqiq çıxışlar əldə etmək üçün torpaq səpindən əvvəl, bəzi hallarda səpindən sonra sıxlaşdırılır. Dəmyə zonalarda toxum səpənin arxasına hamar vərdənə birləşdirilir, onun arxasınca isə torpağı yumşaltmaq üçün yüngül mala, zəncir əlavə edilir. Şəkər çuğundurunu 3-4 gün ərzində torpaqda 5 santimetr dərinlikdə temperatur 6 °C-dən çox olanda səpmək lazımdır.
2.4. Kartof əkinində səpin texnikası
Kartof bitkisi digər kökümeyvəlilərdən fərqli olaraq yumru ilə çoxalır. Yəni kartof toxumluq yumruların aqrotexniki tələblər əsasında müəyyən dərinliyə basdırılmaqla yetişdirilir. Bu məqsədlə kartof basdıran maşınlardan istifadə olunur. |
1 - sahənin üzlənməsi;
2 - mineral gübrənin verilməsi; 3 - üzvi gübrənin verilməsi; 4 - şumlama; 5 - torpağın yazda düzləndirilməsi; 6 - herbsidin verilməsi; 7 - səpinqabağı becərmə; 8 - səpin; 9 - əkinlərin vərdənələnmə; 10 - cərgəarası becərmə; 11 - qarğıdalının dən üçün yığılması; 12 - qıcaların daşınması; 13 - qıcaların xırdalanması. |