2.4.8. Pambığın səpilməsi
Pambığın səpilməsinə qoyulan aqrotexniki tələblər. Pambıq bitkisinin qozaları açılmış və ləçəkləri yığım üçün açılmış vəziyyətdə şəkil 2.51-də verilir. Pambıq çiyidi lifli və lifsiz - lütləşdirilmiş formada olur. Səpinə torpağın 8-10 santimetrdə temperatur +12 - +14° C olduqda başlamaq lazımdır. Lifli çiyidin hektara səpin norması-70-80 kiloqram, lifsiz çiyidin norması isə 20-25 kiloqram olmalıdır. Çiyid 4-5 santimetr dərinlikdə səpilir.
2.4.9. Pambıq səpən maşınlar
Lifsiz, lütləşdirilmiş toxumları səpmək üçün 4, 6 cərgəli pnevmatik dəqiq pambıq çiyidsəpən maşından istifadə edilir (Şəkil 2.52). Cərgə arası: 60-90 santimetr olmaqla səpə bilir. Pnevmatik çiyidsəpən maşın traktorun GAV-dan hərəkətə gətirilir. Səpinlə birlikdə gübrə də verilir. Hazırda respublikaya gətirilərək pambıq əkən fermerlər verilən pambıq çiyidi səpən pnevmatik çiyidsəpən maşınlar səpinlə birlikdə alaq otlarına qarşı mübarizə məqsədi ilə dərman da səpir.
2.4.10. Lifli çiyidsəpən maşınlar
Lifli çiyidi 4, 6, 8 cərgəli mexaniki toxum səpən maşınla səpilir, səpinlə birlikdə gübrə də verilir. Cansa CN 800 markalı 8 cərgəli gübrə verməklə mexaniki çiyid səpən maşın şəkil 2.53-də verilmişdir. Cərgə arası: 60-90 santimetr.
2.4.11. Aqreqatın hərəkət üsulu və iş rejiminin seçilməsi
Səpin məkik hərəkət üsulunda 6-8 kilometr sürətlə aparılır. |