Səpin mövsümündə yaşadığınız ərazidə yaxınlıqdakı fermer təsərrüfatlarına səfər edərək səpin
ləklərinin hazırlanması prosesində iştirak edin.
Səpin üçün ayrılmış torpaq sahəsində əkiləcək bitki haqında məlumat alıb istifadə ediləcək səpən
maşın haqqında məlumat toplayın;
Taxıl toxumu səpən maşının işçi orqanının tipini, traktora aqreqatlaşmasını, toxumla birlikdə gübrə
verilməsini araşdırıb arayış tərtib edin;
Cərgəarası becərilən bitkilərdən birinin qarğıdalı, pambıq, şəkər çuğunduru, günəbaxan və s. toxum
səpilməsində iştirak edin;
Toxumsəpən maşının səpin normasına nizamlanmasında iştirak edin və normaya uyğunluğu haqqında nəticə
verin;
Pnevmatik və mexaniki pambıq çiyidi səpən maşınların quruluşunda və texnoloji prosesində olan fərqi
müşahidə edin və izah edin;
Qarğıdalı toxumu səpilməsi prosesində iştirak edin, cərgəarası və toxum arası məsafələri yerində
yoxlayıb aqrotexniki normadan meyletməni müəyyən edin;
Cərgəarası becərilən bitkilərdən birinin 90 santimetr cərgəarası ilə səpilməsi halı üçün sağ və sol
markerlərin çıxış uzunluqlarını hesablayın;
Pambıq əkinlərində qovuşuq cərgəaralarını müəyyən edin, onun eninin əsas cərgəaralarının enindən
meyletməsini müəyyən edin və nəticəni yol verilən meyl etmə ilə müqayisə edin;
Rayonunuzda fermer təsərrüfatlarının birində şitiləkən maşınlara şitilin əkilməsi prosesini izləyin,
cərgələrin düzxətli olmasını yoxlayıb yol verilən meyletmə ilə müqayisə edin;
Yaşadığınız ərazidə kartofun əkilməsi prosesində iştirak edin, toxumların çəkisini kartofun
basdırılma dərinliyini müəyyən edin və məlumat toplayın;
Kartof əkən maşını naturada traktorla aqreqatlaşdırma prosesində iştirak edin;
Rayonunuzda xırda toxumlu bitkilərin səpilməsi üçün torpağın səpinə hazırlanmasını nəzərdən keçirin,
torpağın üst səthində torpağın narınlığını əlinizlə yoxlayın;
Hər bir tapşırıq üzrə əldə etdiyiniz məlumatları qrup yoldaşlarınızla müqayisə və müzakirə edin.