Adətən Şinin üzərində onun ölçüləri göstərilir, buna şinin markalanması deyilir (Şəkil 3.10) Şəkildə:
Dyüm qeyri metrik uzunluq ölçü vahididir. Bəzi ölkələrdə istifadə edilir. 1 ingilis dyümü (inch) 25,4 millimetrə bərabərdir.
3.2.1. Şinlərin elementləri
Təkərlərin əsas hissəsi olan şinlər bir neçə qat rezinləşdirilmiş və içərisində məftil olan bərk rezinləşdirilmiş elementlərdən ibarətdir. Onun torpaqla ilişən hissəsi müxtəlif naxışları olan protektor adlanır Şəkil 3.11-də şinin düzbucaqlı kəsiyi göstərilmişdir.
3.2.2. Maşının ağırlığının traktora nəzərən balanslaşdırılması
Əksər hallarda traktora aqreqatlaşan kənd təsərrüfatı maşınlarının ağırlığından traktorun təkərlərinə düşən yükün balansı pozulur, ağırlığı balanslaşdırmaq üçün həm arxa oxa həm də qabaq oxa əks yüklər əlavə edilir (Şəkil 3.12). Bu traktorun ağırlığını artırır. |