3.3. Torpağın (kipləşməsi) sıxlaşması
Aqreqatın gedişindən sonra buraxdığı izdə torpaq traktorun təkəri düşməyən cərgəarasına nisbətən sıxlaşır. Cərgəarası yumşaltmalarda torpağın dərin qatlarında aqreqatın ağırlığından əmələ gələn kipləşmə tam aradan qaldırılmır (Şəkil 3.17). Torpağın kipləşməsi zərərli haldır. Bitkilərin inkişafına mane olan amillərdən biridir. Tırtıllı traktorlarda torpağa düşən təzyiq
3.3.1. Tırtıllı traktorların tırtıllı hərəkət etdiriciləri
Tırtıllı traktorların hərəkət hissəsi traktorun hər iki tərəfində simmetrik yerləşmiş tırtıllı hərəkət etdiricidir. Tırtıl dəmir bəndlərin ardıcıl olaraq bir biri ilə oynaq birləşməsindən əmələ gəlir. Tırtıllı hərəkət etdirici tırtıldan, arxa aparan ulduzcuqdan, dayaq vərdənələrindən, tutucu roliklərdən və qabaq istiqamətverici təkərdən ibarətdir (Şəkil 3.19). Tırtıl aparan ulduzcuğa və istiqamətverici təkərin çənbərinə keçirilməklə hərəkət edir. Dayaq vərdənələri yayla birləşdirilir və cüt cüt yerləşir, bunlar traktorun ağırlığını tırtıllara ötürür və tırtılın düzxətli hərəkətini təmin edir. Tutucu diyircəklər tırtılın üst hissədən sallanmasının qarşısını alır. |