3.3.14. Yarımtırtıllı hərəkət hissəli kombaynlar
Belçikanın New Holland firmasının istehsal etdiyi TC-seriyalı kombaynlarının yarım tırtıllı modelləri çəltik və yüksək nəmlikli sahələrdə taxıl və qarğıdalı yığımında istifadə edilir. Qarğıdalı yığmaq üçün taxılyığan kombaynın biçən hissəsinin taxıl başlığını söküb, qarğıdalı başlığı quraşdırmaq lazımdır (Şəkil 3.33). Tırtıllı hərəkətetdiricili texnikanın funksional üstünlükləri Tırtıllı hərəkətetdiricisi olan texnika təkərli texnikaya nisbətən torpaqla ilişməsi kifayət edici olduğu üçün tarlada torpağın nəmliyi normadan yüksək olsa belə işləyə bilir, asan manevr edə bilir ki, bu da məhsul itkisini azaltmağa, məhsuldarlığı artırmağa imkan verir (Şəkil 3.34). Torpaqla ilişmənin kifayət etməsi hesabına daha böyük en götürümlü maşınla aqreqatlaşdırıla bilir.
3.3.15. Texnikanın yamaclarda dayanıqlığı
Tırtıllı hərəkət etdiricisi olan texnikanın enli və torpaqla təmas sahəsi təkərli traktorlara nisbətən çox olduğu üçün texnikanın yamacda etibarlı dayanıqlığını təmin edir (Şəkil 3.35.).
3.4. Torpağın becərilməsi ilə torpaq eroziyası, rütubətlilik, su buraxma və torpağın
lillənməsi arasında əlaqə
Torpağın strukturluğu: Torpağın strukturluğu yumşalma zamanı torpağın xırda topacıqlara dağılma qabiliyyətidir. Hər dəfə texnika torpaqda hərəkət etdikdə onun strukturluğu pozulur, kipliyi artır. Fərqli kipliyə malık torpaqların strukturluğunun görünüşü şəkil 3.36-da verilmişdir.
1 - yaxşı strukturlu torpaq;
2 - normal strukturlu torpaq; 3 - zəif strukturlu torpaq. |