3.4.6. Torpağın texnikanın işçi orqanlarına yapışması
Torpağın nəmliyi çox olduqca torpağın becərən maşının işçi orqanlarına yapışması artır (Şəkil 3.40). Bunun nəticəsində becərmə dərinliyi pozulur, texnikanın təkərlərinin torpaqla ilişməsi hərəkəti çətinləşdirir, texnikanın ağırlığı və müqaviməti artır və s. nəticədə işin keyfiyyəti pisləşir.
3.4.7. Torpağın sıxlaşma
Cərgə aralarında torpaq daha çox sıxlaşır: Dartıcı vasitələrin və becərən işçi maşının təkərləri torpaqda təkərin eni və cərgənin uzunu boyunca zolağı öz ağırlığından asılı olaraq müxtəlif dərinlikdə Bu zolağın eni təkərlə torpağın təmas sahəsinin enidir (Şəkil 3.41).
3.4.8. Təkərin bitkinin kök sisteminə təsiri
Təkər cərgə arasının düz ortası ilə hərəkət etdirilməlidir ki, bitki zədələnməsin. Bitkiyə nə qədər yaxın sürülərsə bitkinin kök sistemi və gövdəsi bir o qədər çox zədələnər. Şəkil 3.42-də traktorun təkərindən solda bitkiyə daha yaxın məsafədə sürüldüyü üçün bitki və kök sistemi zədələnmiş, bitkinin inkişafı zəifləmişdir. |
Kiplik və ya sıxlıq torpağın vahid həcminin kütləsidir. Yaxud bir kub santimetr həcmə malik torpağın çəkisi deməkdir.
Torpaq nə qədər çox yumşaldılarsa onun kipliyi, sıxlığı bir o qədər az olar.
Torpağın təkrar becərilməsi onun kipləşməsinə səbəb olur.