Konik dişli çarxlar vallarının oxları bucaq altında kəsişən ötürmələrdə tətbiq edilir. Kəsişmə bucağı 900 olan ötürmələr geniş yayılmışdır. Konik dişli çarxlarda dişlərin birbirinə toxunmasının düzgün tənzimlənməsi onların yeyilmə intensivliyini və səs-küysüz işləməsini təmin edir.
Dişli çarxları düzgün yığmaq üçün onları elə yerləşdirmək lazımdır ki, konusların mərkəzindən keçən xəyali oxlar 0 nöqtəsində kəsişsin. Bu məqsədlə dişli çarxları oxlar boyunca hərəkət etdirir və tənzimləyici halqalar, yaxud araqatı ilə bərkidirlər.
Bundan əlavə, sonsuz vint ötürmələrindən də geniş istifadəyə yer verilir. Sonsuz vint ötürmələrindən fırlanma hərəkətini oxların çarpazlaşma bucağı 900 təşkil edən vallara ötürmək üçün tətbiq olunur. Əksər hallarda aparan hissə sonsuz vint, yəni yivi trapesiya şəkilli olan qısa vint olur. Sonsuz vintin daha yaxşı yatması üçün onun çarxının tacı qövsvarı formadadır ki, bu da ilişmə zonasını artırır.