Şumdan sonra torpağın xırda kəsəkli olması üçün 3-4 sm dərinlikdən az
olmayaraq səthi yumşaldılması;
İri torpaq kəsəklərinin ölçülərini 3 sm-dən böyük olmayan kəsəklərə
xırdalamaq;
Qaysaqları dağıtmaq;
Alaq bitkilərini məhv etmək;
Şumlamadan sonra əmələ gələn tirləri dağıtmaq;
Dişli malalarda malanın hər bir dişi müstəqil şırım açmalı və qonşu şırıma
düşməməlidir;
Malalama zamanı cərgəarası becərilən bitkilərin və çoxillik otların
zədələnməsi 5%-dən çox olmamalıdır.
Vərdənələr şumda torpaq kəsəklərini dağıtmaq, səpinin su ilə təmin
olunmasını yaxşılaşdırmaq, tarlanın səthini hamarlamaq, torpağın səthinə
qalxmış alaq otlarını kəsmək və s. işlər üçün nəzərdə tutulmuşdur.
Vərdənələrin müsbət cəhətləri ilə yanaşı, onların çatışmayan cəhətləri də var,
belə ki, onlar torpağın üst qatının sürətlə qurumasıdır. Bu çatışmazlığı aradan
qaldırmaq üçün vərdənələmədən sonra yüngül malalar vasitəsilə torpağın üst
qatını malalamaqla torpağın nəmliyinin qorunması üçün mühafizə qatı
yaradılır.