1) Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş arxanı göstərən güzgü, şüşə
olmadıqda;
2) Səs siqnalı işləmədikdə (səs siqnalından çıxan səsin səviyyəsi traktorun işləyərkən
onun xarici səsinin səviyyəsindən 8 desibel artıq olmalıdır);
3) Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol
hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya
şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə;
4) Konstruksiyada nəzərdə tutulmuş kuzov və ya kabinə qapılarının qıfılları, yük
platforması bortlarının cəftələri, sistem boğazının və yanacaq bakı tıxacının cəftələri,
sürücünün oturacağının vəziyyətini nizamlayan mexanizm, qəza çıxış yerləri və onları
hərəkətə gətirən qurğular, qapıları idarə edən ötürücü, spidometr, taxoqraf, ilin mövsümi
şəraitlərindən asılı olaraq şüşəqızdıran və havaüfürən işləmədikdə;
5) Konstruksiyada nəzərdə tutulmuş arxa mühafizə qurğusu, palçıqdan qoruyan fartuklar
və brızqoviklər olmadıqda;
6) Yedəkçinin və qoşquların ilişmə-dartı və ilişmə-dayaq qurğuları nasaz olduqda, habelə
onların konstruksiyalarında nəzərdə tutulmuş sığorta trosları (zəncirlər) olmadıqda və ya
nasaz olduqda;
7) təkərli traktorda - dərman qutusu, odsöndürən, qəza dayanma nişanı (yanıb-sönən
qırmızı fənər);
8) Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının standartın tələblərinə cavab
vermədikdə;
9) Tormoz sistemlərinin, sükan idarəsinin, digər qovşaq və aqreqatların
müəyyənləşdirilmiş tələblərə uyğun gələn əlavə elementləri konstruksiyada nəzərdə
tutulduğu halda, qurulmadıqda nasazlıq aradan qaldırılır;
10) Hidravlik sistemin birləşmə yerlərində maye axması və sızması olduqda;
11) Kabinənin, mühərrikin, sükan kolonkasının, kompressorun, işə salıcı mühərrikin,
üzlüklərin bərkidilmə yerlərinin boşalması olduqda;
12) Dartı qüvvəsi 3 t olan traktorlarda diyirlənməyə qarşı dayaqlar ikidən az olduqda;
13) Dövlət qeydiyyat nişanı olmadıqda və ya yararsız olduqda;
14) Qoşqu ilə işləyən təkərli traktorlarda “Avtoqatar” tanınma nişanı olmadıqda istismar
qadağan edilir.
Təlim nəticələrinin qiymətləndirilməsi
Nəzəri biliklərin qiymətləndirilməsi
Qiymətləndirmə üsulu |
Suallar |
1. Test sualları |
Sual 1: Yağmur kəsdikdən sonra şüşə təmizləyən sıradan
çıxıbsa, sürücü necə davranmalıdır?
a) Hər cür sonrakı hərəkəti dayandırmalıdır.
b) Duracaq yerinə və ya təmir məntəqəsinə qədər xüsusi
ehtiyatla hərəkət edə bilər.
c) Nəzərdə tutduğu marşrut üzrə hərəkəti davam etdirə
bilər.
|