Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
NV-si hərəkətdə olarkən xarab olduqda
sürücünün etməli olduğu tapşırıqların
yerinə yetirilməsi
|
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına əməl
edin.
- NV-si hərəkətdə olarkən xarab olduqda
sürücünün etməli olduğu tapşırıqların
yerinə yetirilməsinə dair tapşırıqları
təlimatın tələblərinə uyğun icra edin.
- Çalışmalısınız ki, tapşırığın tələblərini
maksimum dəqiqliklə yerinə yetirəsiniz.
|
Təlim nəticələrinə nail olmaq üçün tələb
olunan praktiki tapşırıqlar
|
- NV-si hərəkətdə olarkən xarab olduqda
sürücünün etməli olduğu tapşırıqların
yerinə yetirilməsinə dair qaydalar haqda
şifahi şərh söyləyirsiniz.
- NV sıradan çıxdıqda onu yolun hərəkət
hissəsinin kənarına çəkirsiniz.
- Texniki yarım xidmətinə məlumat
verirsiniz.
- Dayanmanın qadağan edildiyi yerdə
məcburi dayanmısınızsa və digər
hərəkət iştirakçılarına maneə
yaradırsınızsa, qəza dayanma işıq
siqnalını qoşursunuz və ya qəza
dayanma nişanı quraşdırırsınız.
- Qəza dayanma nişanını NV-nin arxa
tərəfində həmin zolaqda azı 30 metr
məsafədə elə quraşdırırsınız ki,
yaxınlaşan NV-nin sürücüləri nişanı
kifayət qədər məsafədən görə bilsinlər.
- Qəza dayanma nişanını yaşayış
məntəqələrində hərəkət intensiv
olmayanda daha yaxın məsafədə
quraşdırırsınız.
|
Diqqət edilməli məqamlar!!!
|
- Qəza dayanma nişanı NV-nin arxa
tərəfində, lakin zərurət olduqda qabaq
tərəfində də quraşdırılır.
|