palçıqdan qoruyan fartuklar və palçıqatanlar olmadıqda istifadə edə bildinizmi? | ||
10. Yedəkçinin və qoşquların ilişmə-dartı və ilişmə-dayaq qurğuları nasaz olduqda, habelə onların konstruksiyalarında nəzərdə tutulmuş sığorta trosları (zəncirlər) olmadıqda və ya nasaz olduqda maşını idarə etməkdən imtina etdinizmi? | ||
11. Dartı qüvvəsi 3 t olan traktorlarda diyirlənməyə qarşı dayaqlar ikidən az olduqda istismara yol vermirsiniz və bu dayaqlar NV-yə qoyulduqdan sonra istismara davam edə bildinizmi? |
NV-nin hərəkətinin təhlükəsizliyi onların hərəkət sürətinin yol şəraitinə uyğunluğundan asılıdır. Maşinistin iş zamanı müəyyən səhvlərə yol verməsi yol nəqliyyat hadisələrinin baş verməsinin səbəblərindən biridir. Bu səbəblərdən ən çox rast gəlinəni aşağıdakılardır:
- Təhlükənin dərk edilməsində görə qabiliyyətinin yanlışlığı;
- Sürücünün reaksiya müddətinin artması;
- Yol şəraitinin düzgün qiymətləndirilməməsi.
Hərəkətin təhlükəsizliyinin təmin edilməsinin əsas şərtlərinə sürücünün görmə qabiliyyəti, ümumi fiziki hazırlığı və psixoloji dərketmə xüsusiyyətləri də aiddir.
Yollarda hərəkətin təhlükəsizliyinin pozulmasının əsas səbəbləri aşağıdakılardır
- Hərəkətin intensivliyinin artması;
- Yollarda yüksək sürətlə hərəkət edən NV-nin miqdarca artması;
- Yollarda iri tutumlu NV-nin, traktorların, kənd təsərrüfatı maşınlarının və digər müxtəlif mexanizmlərin hərəkətinin artması;
- Yol örtüyünün istidən yayılması, qabarıqlaşması, yaxud sürüşkən sahələrin yaranması və s.
Sürücünün hərəkət vaxtı qəbul etdiyi və reaksiya verdiyi informasiyaların (yol şəraiti, nəqliyyat axınının sıxlığı, qarşıdan gələn və ötüb keçən NV-nin tezliyi və s.) artması onun diqqətinin gərginləşməsinə səbəb olur.
Hərəkət zamanı sürücü yolun qarşıdakı uzaq sahələrini nisbətən dəyişilmiş şəkildə görür və bəzi hallarda sürücüdə görmə yanlışlığı yaranır. Məsələn, günəşli gündə quru, bərk örtüklü düz yol ilə hərəkət edərkən bəzən sürücüyə elə gəlir ki, qarşıda yol sahəsinin müəyyən hissəsi yaş vəziyyətdədir; yolun iki düzxətli sahəsi arasında yerləşən qısa döngə çox sərt döngə kimi nəzərə çarpır; yolun görünüşü pis olan sahəsində döngəli yer varsa, sürücüyə elə görünü r ki, yol düzxətli istiqamətdə davam edir; yaxud da enişi enərkən dərə yolunun düzxətli sahəsini keçən sürücüyə elə görünür ki, yolun qarşıdakı yoxuşlu sahəsi çox sərt olacaq və s.Həmin yol sahələrində hərəkət edən NV-nin sürücüsü öz diqqətini yolun istiqamətini yönəldən istinad nöqtələrinə cəmləşdirməlidir. Görünüş istiqamətini yönəldən cisimlər və obyektlər NV-nin hərəkət istiqamətinə paralel yerləşən yol örtüyünün