Hərəkətin təhlükəsizliyi bəzən hərəkətdə olarkən yolda və ətrafda gördüklərinin qavrama dərəcəsindən də çox asılı olur. Adi şəraitdə insan bir baxışda gördüyü 6-8 müxtəlif əşyanı qavraya bilir. Lakin hərəkətdə olan NV-nin sürücüsü eyni vaxtda 3-4 əşyanı görüb qavraya bilir.
Təhlükəsizliyi təmin etməkdə sürücünün reaksiya müddəti mühüm rol oynayır. Reaksiya müddəti sürücünün təhlükəni gördüyü andan bu təhlükəni sovuşdurmaq üçün atacağı addıma qədər keçən vaxta reaksiya müddəti deyilir. Məsələn, təhlükəni gördüyü andan tormoz pedalını sıxana kimi keçən vaxt.
Hərəkətin təhlükəsizliyini təmin edən amillərdən biri də NV-nin hesablanmış və qaydaların tələblərinə uyğun tormozlanmasıdır. Sürücü tormoz pedalını bir dəfə basdıqda NV-nin tam dayandığı ana qədər getdiyi yola tormoz yolu deyilir. Tormoz yolunu bir neçə dəfə tormozlamaqla qısaldırlar. Tormoz yolu sürətin kvadratı ilə düz mütənasibdir.
Yaddan çıxarmaq lazım deyil ki, tormoz pedalı da ona toxunan anda işə düşmür və bunun üçün təqribən 1 saniyəyə qədər vaxt tələb olunur.
Deməli, NV-nin tam dayanma yolu üç amilin cəmindən ibarət olur: reaksiya müddəti zamanı qət edilən yol + tormoz pedalının işə düşməsinə qədər qət edilən yol + tormoz yolu = tam dayanma yolu.
NV döngələrdə hərəkət edərkən NV-yə təsir edən (NV-ni aşırmağa çalışan) mərkəzdənqaçma qüvvəsi aşağıdakı kimi hesablanır: Fmq= mV2/r
Burada Fmq – mərkəzdənqaçma qüvvəsi;
Düsturdan da göründüyü kimi, döngədə mərkəzdənqaçma qüvvəsi NV-nin hərəkət sürətinin kvadratına bərabər kəmiyyətlə düz mütənasibdir və sürətin azaldılması bu qüvvənin azalmasına səbəb olur.
Qiymətləndirmə üsulu | Suallar |
1. Test sualları | Sual 1: Sürücünün iş zamanı hansı səhvlərə yol verməsi
yol nəqliyyat hadisəsinin (YNH) baş verməsinə səbəb olur?
a)Təhlükənin dərk edilməsində görmə qabiliyyətinin yanlışlığı b) Sürücünün reaksiya müddətinin artması c) Yol şəraitinin düzgün qiymətləndirilməməsi d) Sadalananların hər biri Sual 2: Yollarda hərəkətin təhlükəsizliyinin pozulmasının əsas səbəbləri nə ola bilər? a) Hərəkət intensivliyinin artması b) Yollarda yüksək sürətlə hərəkət edən NV-nin çoxalması c) Yollarda iri həcmli NV-nin, traktorların, kənd təsərrüfatı |