11. Əgər bütün bunlardan sonra qanaxma dayanmazsa, onda buruna tampon qoydunuzmu? | ||
12. Tamponu burun dəliyindən qanaxma dayandıqdan bir neçə saat sonra çıxardınızmı? | ||
13. Sonda əsaslı yardım üçün həkimə müraciət etdinizmi? |
İlk dəfə traktorun sükanı arxasında əyləşmək istəyən hər hansı şəxs birinci növbədə traktorun göstərici cihazları və onlardan istifadə qaydaları ilə tanış olmalıdır. Öyrənən bilməlidir ki, hansı göstərici cihaz nəyi ifadə edir. O, eyni zamanda traktor hərəkətdə olduqda bu cihazların göstəricilərinə necə nəzarət etməyi öyrənməlidir. Hər bir traktorun fərdi olaraq özünəməxsus idarə orqanları, cihazları və indikatorları olur. Göstərici cihazlar sürücünün kabinəsində cihazlar blokunda yerləşdirilir. Bütün traktorlarda idarə orqanlarının yerləşməsi demək olar ki, bir-birinə bənzəyir. Bəzi cihazlar və idarə orqanlarının dəyişdiriciləri traktorun modelindən asılı olaraq müxtəlif ola bilir.
Məlumatı müxtəlif rəngli işıq göstəriciləri ilə sürücüyə bildirən müxtəlif rəngli cihazlardan istifadə edilir:
Qırmızı rəngli nəzarət cihazları adətən qəza siqnalı rolunu oynayır. Məsələn, tormoz mayesinin səviyyəsinin azalması, yağlama sistemində yağ təzyiqinin aşağı düşməsi, mühərrikin normadan artıq qızması və s.
Narıncı rəngli nəzarət cihazı qurğuların işə qoşulduğunu, lakin hərəkətə başladıqda bunun aradan qalxacağını, ancaq məsləhət görülmədiyini bildirir.
Yaşıl rəngli nəzarət cihazları dönmə işıqlarının, qabarit işıq fənərlərinin və s. işə qoşulmasını bildirir.
Mavi rəngli nəzarət lampaları uzaq işıq fənərlərinin işə qoşulduğunu bildirir.
Hərəkət vaxtı nəzarət cihazlarından istifadə etməyi bacarmaq lazımdır. İlk başlanğıcda hərəkət vaxtı bu cihazlardan istifadə edilməsində çətinliklərin olması labüddür, lakin zaman keçdikcə sürücüdə hərəkət vaxtı bu cihazlardan düzgün istifadə vərdişləri yaranır.
Sürücü sükan arxasında düzgün qaydada əyləşməlidir. Traktorçu oturacaqda elə əyləşməlidir ki, idarəetməni ustalıqla yerinə yetirsin. Onun oturuşu elə olmalıdır ki, o, oturacağın söykənəcəyindən ayrılmadan traktorun idarə orqanları ilə problemsiz işləməyi təmin etsin. Bunu nəzərə alaraq istehsalçı müəssisələr sürücünün oturacağının vəziyyətini dəyişiləbilən hazırlayırlar ki, hər bir sürücü öz bədən parametrlərinə görə oturacağı nizamlaya bilsin.