Mühərrikin işə salınması və qızdırılması. Mühərrikin işə salınma qaydaları maşınla birlikdə onun üstünə istehsalçı müəssisənin əlavə etdiyi idarə etməyə, texniki qulluqlara dair qeydlərin edildiyi təlimatda göstərilir. Hər bir sürücü nəinki mühərrikin işə salınmasını, hətta maşına texniki xidmət aparılmasını da təlimata uyğun aparmalıdır.
Mühərrikin işə salınmasını üç növə ayırmaq olar: soyuq mühərrikin işə salınması, qızdırılmış, lakin sonradan söndürülmüş, nisbətən soyumuş mühərrikin işə salınması və qızdırılmış mühərrikin söndürülərək yenidən işə salınması. Mühərriki işə salarkən starteri 10-15 saniyədən çox işə qoşmaq olmaz, bu, starterin dolaqlarının yanmasına səbəb ola bilər. 3-4 cəhddən sonra mühərrik işə düşmədikdə starterlə işə salmağı dayandırırsınız və səbəbi axtarırsınız. Mühərrik işə düşdükdən sonra o, mütləq qaydada normal temperatura qədər qızdırılmalıdır. Normal temperatura qədər qızmayan mühərriklə traktorun idarə olunması yolverilməzdir. Tam qızmayan mühərrikin tam gücü də ola bilməz. Bu hal həm də mühərrikin özünə ziyandır və tezliklə onun sıradan çıxmasına gətirib çıxaran təhlükəli bir amildir.
İşə salınmış və normal temperatura qədər qızdırılmış mühərriki söndürdükdən 1-3 saat sonra (qışda bundan da tez) tam soyuyur. Mühərrikin soyutma sistemindəki soyuducu mayenin temperaturu nisbətən isti mühərrikdə +40.....+50° C , tam, normal qızmış mühərrikdə isə +80.....90°C olur. Az və tam qızmış mühərriklərin işə salınmasını çətinlik çəkmədən yerinə yetirmək mümkündür. Soyuq mühərrikin işə salınması, xüsusən soyuq havalarda nisbətən çətinləşir. Mənfi temperaturlarda akkumulyatorlarda olan havanın temperaturu +20° C-dən az olmadıqda mühərrikin işə düşmə ehtimalı 100%, - 20° C temperaturda 50%, - 30° C temperaturda 20% təşkil edir. Ona görə də çox soyuq havalarda akkumulyator batareyasını çıxarmaq və otaq temperaturu olan bir yerdə saxlamaq tövsiyə edilir.
İşə salınmış mühərrikin məlumatverici cihazlarının göstəricilərini izləyin və hərəkət vaxtı onlara da nəzarət etməyi öyrənin. İşə salınmış mühərriki söndürərək onu bir neçə dəfə yenidən işə salın və artıq bu işi özünüzdə təkmilləşdirin.
Qiymətləndirmə üsulu | Suallar |
1. Test sualları |
Sual 1: Nəzarət-göstərici siqnalların vəzifəsi nədir?
a) Təkərlərin havasına nəzarəti yerinə yetirmək b) Səsboğanın işinə nəzarət etmək c) Mühərrikin və işçi avadanlığın mühüm əhəmiyyət daşıyan hissələrinin vəziyyəti haqda sürücünü məlumatlandırmaq d) Düzgün variant göstərilməyib |