|
4. Sürücünün ayaqları dizdən aşağı nə qədər az .............
o, pedalları tez və təhlükəsiz idarə edə bilər.
|
Praktik tapşırıqlar və fəaliyyətlər
Praktik tapşırıq A.1.1 – Traktora minmə və düşmə tapşırıqlarının yerinə
yetirilməsi
İstifadə edilməli resurslar:
- İş paltarı;
- İstifadə etmək üçün təlimat;
- Xüsusi təlim meydançası;
- Traktor.
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Traktora minmə və düşmə
tapşırıqlarının yerinə yetirilməsi
|
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına əməl edin.
- Traktora minmə-düşmə tapşırıqlarının yerinə
yetirilməsini təlimatın tələblərinə uyğun yerinə
yetirin.
- Çalışmalısınız ki, tapşırığın tələblərini maksimum
dəqiqliklə yerinə yetirəsiniz.
|
Təlim nəticələrinə nail olmaq
üçün tələb olunan praktiki
tapşırıqlar
|
- Traktora minmə və düşmə qaydalarını şifahi
söyləyirsiniz.
- Düz meydançada qoyulmuş traktora
yaxınlaşırsınız.
- Kabinənin qapısını açmadan bayırdan traktorun
hər tərəfini müşahidə edirsiniz.
- İşıq cihazlarının, dövlət qeydiyyat nişanının,
pəncərələrin şüşələrinin səthini xüsusi ayrılmış
silgi əskisi ilə silib təmizləyirsiniz.
- Maşinistin kabinəsinin qapısını (qapının açılma
istiqamətindən asılı olaraq) sol və ya sağ əlinizi
uzadaraq açırsınız.
- Üzünüz kabinəyə doğru olmaqla sağ ayağınızı
maşinistin kabinəsinə qalxmaq üçün xüsusi
quraşdırılmış ayaqaltına qoyursunuz, dəstəkdən
tutaraq kabinəyə doğru qalxırsınız.
- Kabinənin içərisinə birinci sağ ayağınızı daxil
edirsiniz.
- Sükan çarxından tutaraq sol ayağınızı da
kabinəyə daxil edirsiniz.
- Sonra sürücünün oturacağına əyləşirsiniz.
- Kabinədən düşməyi isə kabinəyə qalxma
əməliyyatlarının əksinə olmaqla yerinə yetirirsiniz.
|