9. Traktor yerindən hərəkətə gəldikdən sonra və bu ötürmə ilə onu bir qədər irəli sürdünüzmü? | ||
10. Yenidən qazı artıraraq ikinci ötürməni qoşdunuzmu? | ||
11. İkinci ötürmə ilə bir az sürdükdən sonra yenidən qazı artıraraq növbəti yuxarı ötürməni işə qoşdunuzmu? | ||
12. Hər dəfə ötürməni aşağı ötürmədən yuxarı ötürməyə keçirmək istədikdə hərəkətdə olduğunuz ötürmədə keçmək istədiyiniz ötürmənin sürətini yığdıqdan sonra növbəti yuxarı ötürməni işə qoşdunuzmu? | ||
13. Yuxarı ötürmələrdən aşağı ötürməyə keçməyi o birinin əksinə apardınızmı? |
Digər aqreqatların traktora birləşdirilməsi istehsalçı müəssisə tərəfindən onlarda asma mexanizmi nəzərdə tutulmuşdur. Asma mexanizmi bəzi traktorlarda ancaq arxa hissədə, bəzilərində isə həm arxa və həm də ön hissədə nəzərdə tutulur. Asma mexanizmi iki aşağı dartqıdan və yuxarı mərkəzi dartqıdan ibarətdir.
Bu dartqılar qabaq ucları ilə traktorun əsasına, arxa ucları ilə asma maşınının çərçivəsinə oynaqbirləşdirilmişdir. Aşağı dartqılar oxa, mərkəzi dartqı isə kronşteynə söykənir.
Dartqıların traktora birləşdirilməsi üsuluna görə iki və üçnöqtəli asma quruluşları işlədilir. Traktor qoşqu və asma maşınlarına yaxınlaşan zaman traktorun mərkəzi simmetriya oxunu qoşqunun və ya asma maşının mərkəzi oxu ilə eynilik halına gətirməlisiniz. Yaxınlaşma əməliyyatını bir neçə dəfə təkrarlayaraq özünüzdə səriştə toplamağa çalışın.