Asma maşınlarını traktorla aqreqatlaşdırdıqdan sonra bir tarladan digərinə keçmək üçün traktoru aqreqatı ilə birlikdə nəqliyyat vəziyyətinə gətirərək daşımaq mümkündür. Hətta əsaslı yollarda da nəqliyyat vəziyyətinə gətirilmiş aqreqatların texnikalarla yol hərəkəti qaydalarına ciddi əməl etməklə hərəkət etməsinə icazə verilir. Qoşulan aqreqatların idarə olunması sürücü tərəfindən sürücünün kabinəsindən həyata keçirilir. Traktora asılan və ya qoşulan aqreqatların etibarlı bərkidilməsinə sürücü əmin olmalıdır, əminlik yoxdursa və ya zəifdirsə, bu aqreqatlaşma ilə işləri yerinə yetirmək təhlükəlidir və sonluğu xoşagəlməz hadisələrlə bitə bilər.
Traktorun arxa hissəsinə qoşulacaq aqreqata traktor geri hərəkət etməklə yaxınlaşır və asma mexanizmini qoşulacaq aqreqatın qoşma tərtibatına qədər endirir və ya qaldırır. Qoşulma asma mexanizminin uyğun nöqtələrinə birləşdirilməklə və nizamlanmaqla sona çatmış hesab edilir. Qoşmanı yerinə yetirərkən bu işlə bağlı olan digər şəxslərin köməyindən istifadəyə yer verilir.
B.3.2 Traktorların qoşqu ilə idarə edilməsiQoşquları traktorların qoşqu quruluşuna qoşurlar. Qoşqular adətən yarımasılan və qoşulan olur. Traktorun qoşqu quruluşunun konstruksiyasında qoşma nöqtəsinin həm eninə və həm də hündürlüyə görə dəyişilməsinin mümkünlüyü nəzərə alınmışdır.
Qoşqu quruluşunun bəndi, əsasən, oynaq və ya sərt birləşdirilə bilər.
Müasir traktorlarda hidravlikləşdirilmiş qoşqu qarmağı qoyulur ki, bu qarmaq qüvvə silindrlərindən hərəkətə gətirilir. Belə qarmaq başqasının köməyi olmadan traktorçuya traktoru biroxlu qoşqu (yarımqoşqu) ilə qoşmağa imkan verir.
Daha sonra həm qoşqu ilə, həm də asma maşınla darvazadan keçmə tapşırıqlarını yerinə yetirirsiniz.
B.3.3 Traktorun gücayırma valından hərəkət alan aqreqatların traktora qoşulması və idarə olunmasıGücayırma valı traktorla aqreqatlaşdırılan, habelə, əsasən, stasionar və traktorla birlikdə hərəkət edən maşınların işçi orqanlarını hərəkətə gətirmək üçündür. Gücayırma valının traktordakı yerinə görə bunlar arxa, yan və qabaq gücötürən vallar ola bilər. Gücayırma valı kardan valına birləşir və bir növ onun işini yerinə yetirir. Gücayırma valına hərəkət traktorun mühərrikindən verilir. Gücayırma valı qoşulu olmadıqda onun çıxışı xüsusi örtüklə bağanılır.