-Təkərli traktor - yollarda qoşquları yedəyə almaq üçün istifadə edilən və
konstruksiyasına görə maksimum sürəti saatda 30 kilometrdən yüksək olmayan nəqliyyat
vasitəsidir;
- Nəqliyyat vasitəsinin dayanması - adamların minməsi və ya düşməsi, yaxud yüklərin
yığılması və ya boşaldılması üçün zəruri
olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir;
- Məcburi dayanma - texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin)
vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat
vasitəsinin hərəkətinin dayandırılmasıdır;
- Nəqliyyat vasitəsinin durması - əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər
hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini
yerinə yetirmək səbəblərindən başqa, digər səbəblərə görə hərəkətsiz vəziyyətə
gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin
yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi
durmuş hesab edilir;
- Yol hərəkəti iştirakçısı - hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü,
sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil
yollarından, küçələrdən, dəmir yol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların
və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir;
- Sürücü - hər hansı növ nəqliyyat vasitəsini idarə edən şəxsdir (sürücülüyü öyrədən
təlimatçısı da sürücüyə bərabər tutulur);
- Piyada - nəqliyyat vasitələrindən kənarda yol hərəkətində iştirak edən və yolda hər
hansı iş görməyən şəxsdir (mühərriksiz əlil arabalarında gedən, velosiped, moped və ya
motosiklet aparan, kirşə, əl arabası, uşaq və ya əlil arabası aparan şəxslər də piyadaya
bərabər tutulur);
Şəkil 6. Ötmə manevri
Ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat
vasitəsini ötüb keçməkdir;
-Üstünlük - nəzərdə tutulan istiqamətdə digər hərəkət iştirakçılarına nisbətən ilk
növbədə hərəkət etmək hüququdur;
-Yol vermək - sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması,
hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət
istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam
etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir;
- Məhdudiyyətli görünmə - duman, yağış, qar və başqa şəraitdə, habelə toranlıqda yolun
300 metrdən az məsafədə görünməsidir;
- Yol-nəqliyyat hadisəsi - yollarda, küçələrdə, meydanlarda, dəmir yol keçidlərində
nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən