12. Aqreqatı köməkçilərin iştirakı ilə traktorun qoşqu qurğusu ilə uyğun yerdən qoşmaqla birləşdirdinizmi? | ||
13. Əgər qoşulan aqreqatın işçi orqanları hidravlik idarə olunandırsa, onda onun işçi orqanlarının hidravlik şlanqlarını traktorun hidravlik sistemi ilə birləşdirdinizmi? | ||
14. Bu halda traktorun hidravlik sistemindəki işçi mayenin həcminin yetərli olmasını diqqətdə saxladınızmı? | ||
15. Aqreqatın işıq cihazlarının baza maşınının elektrik şəbəkəsinə qoşulmasını təmin etdinizmi? | ||
16. Aşağı sürəti qoşmaqla qoşqunun hidravlik sisteminin işini sınaqdan keçirdinizmi? |
Traktorla hərəkət intensivliyinin az olduğu yollarda hərəkət edərkən sürücülər yol kənarında dayanmış NV-ni, yolun HH-də olan müxtəlif əşyaları yandan keçmək məcburiyyətində qalırlar. Sürücülər belə manevrləri nə qədər təhlükəsiz yerinə yetirməyə səy göstərsələr də, bəzən qəzalar qaçılmaz olur. Yol-nəqliyyat hadisələrinin (YNH) bir qismi bu cür manevrlərin səriştəsiz yerinə yetirilməsindən yaranır. Yandan keçmə anında sürücülər qəfildən maneə ilə rastlaşırlar ki, bu da sürücülərdən hərəkət şəraitini dəqiq qiymətləndirməyi və əvvəlcədən proqnozlaşdırmağı tələb edir. Sürücü hər an hazır olmalıdır ki, hərəkət hissəsinin kənarında dayanmış NV-nin yolun HH-nə tərəf olan qapıları hər an açıla bilər və ya dönmə göstəricisini qoşmadan qəfil hərəkətə başlaya bilər.
Sürücülər yerdəyişmələr zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən gedən NV-yə yol verməlidirlər. Eyni səmtə gedən NV-lər yerdəyişməni eyni vaxtda edirsə, onda sürücü özündən sağdakı NV-yə yol verməlidir. Dairəvi hərəkət təşkil edilmiş yolayrıcına dönmək (daxil olmaq) istisna olmaqla sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət
tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, zolaqlar üzrə istiqamətləri bildirən nişan və ya nişanlamalar olmadıqda, sola və geriyə dönərkən tramvay yollarına çıxmaq lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır. Elə dönmək lazımdır ki, NV hərəkət hissəsinin kəsişdiyi yerdən çıxarkən qarşıdan gələn nəqliyyatın yoluna keçməsin, NV sağa dönərkən hərəkət