|
2. Sürücü hər an hazır olmalıdır ki, hərəkət hissəsinin
kənarında dayanmış NV dönmə göstəricisini qoşmadan
qəfil ................ başlaya bilər.
3. Sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin
istiqamətdə hərəkət hissəsində müvafiq kənar
..................... tutmalıdır.
4. Traktorları və digər mexaniki NV-ni idarə edən sürücülər
küçə və yollarda quraşdırılmış yol nişanlarını, nişanlama
xətlərini, işıqforun və ya .................... siqnallarını və s. yol
hərəkəti qaydalarını məsuliyyətlə yerinə yetriməlidirlər. |
Praktik tapşırıqlar və fəaliyyətlər
Praktik tapşırıq B.4.1 – Traktorun intensivlik az olan yollarda idarə olunmasına dair
tapşırıqların yerinə yetirilməsi
İstifadə edilməli resurslar:
- İş paltarı;
- İstifadə etmək üçün təlimat;
- Az intensiv nəqliyyat axını və traktor.
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Traktorun intensivlik az olan
yollarda idarə olunmasına dair
tapşırıqların yerinə yetirilməsi |
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına əməl edin.
- Traktorun intensivlik az olan yollarda idarə
olunmasına dair tapşırıqların yerinə yetirilməsini
təlimatın tələblərinə uyğun yerinə yetirin.
- Çalışmalısınız ki, tapşırığın tələblərini maksimum
dəqiqliklə yerinə yetirəsiniz.
|
Təlim nəticələrinə nail olmaq
üçün tələb olunan praktiki
tapşırıqlar |
- Traktorun intensivlik az olan yollarda idarə
olunmasına dair tapşırıqların yerinə yetirilməsi
qaydalarını şifahi söyləyirsiniz.
- Normal, intensivlik az olan hərəkət zamanı siz
yolun sağ kənarı ilə hərəkət etməlisiniz.
- Ötmə, yandan keçmə, sola və ya geriyə dönmə
manevrlərindən başqa siz ancaq sağ zolaqla
hərəkət etməlisiniz.
- Eyni istiqamətdə iki zolaq olan yollarda ortada
tramvay yolları olduqda tramvay yollarına çıxa
bilməzsiniz.
- Siz traktoru idarə edərkən sizin üçün təyin
olunmuş 30 km/saat-dan artıq sürətlə idarə edə
bilməzsiniz.
- Sürət seçərkən daşıdığınız yükün də
xüsusiyyətlərini nəzərə almalısınız.
|