Qiymətləndirmə ölçüsü | Bəli | Xeyr |
1. İş paltarını, iş ayaqqabısını və əlcəyi geyindinizmi? | ||
2. İşləri yerinə yetirərkən təhlükəsizlik qaydalarına əməl etdinizmi? | ||
3. İşləri yerinə yetirərkən icraya dair təlimatdan istifadə etdinizmi? | ||
4. Traktorla hərəkətdə olarkən sağa və ya sola manevrlərin yerinə yetirilməsinə dair tapşırıqların icrasını şifahi söylədinizmi? | ||
5. Sağa və ya sola dönmə manevrlərinə başlamazdan əvvəl müvafiq istiqamətə dönmək üçün xarici işıq cihazlarının köməyi ilə, bunlar nasaz olduqda əl işarələri ilə siqnal verdinizmi? | ||
6. Dönmə göstəricilərini manevrə başlamazdan əvvəl verərək, manevr qurtardıqdan sonra isə dərhal kəsdinizmi? | ||
7. Dönmə göstəricilərini əllə vermisinizsə, manevrə başlamazdan əvvəl kəsdinizmi? | ||
8. Verdiyiniz siqnallarla sürücüləri çaşdırdınızmı? | ||
9. Sağa dönərkən müvafiq sağ zolağı tutduqdan sonra dönəcəyiniz hərəkət hissəsinin sizə yaxın sağ zolağına daxil oldunuzmu? | ||
10. Sola dönmələrdə isə qaydalara əsasən dönəcəyiniz və sizin gedəcəyiniz istiqamətdə zolaqların sayı çoxdursa, bütün zolaqlara daxil ola bilərdiniz, lakin siz traktoru idarə etdiyinizə görə sola dönərkəkən döndüyünüz HH-də sağ zolağa daxil oldunuzmu? |
Traktorlar görüləcək işlərin xarakterinə uyğun maşınlarla aqreqatlaşıb tənzimləndikdən sonra onlar işləri aqrotexniki tələblərə əməl etməklə sahələrdə yerinə yetirməlidirlər. Sürücünün bilavasitə iştirakı ilə təkərli traktor görüləcək işlərin xarakterinə uyğun maşınlarla aqreqatlaşdıqdan sonra nəqliyyat vəziyyətinə gətirilərək işlərin görüləcəyi sahələrə gətirilir. Tırtıllı traktorları isə tarlaya qədər olan məsafə müəyyən qədər uzaqdırsa, onu xüsusi daşıma vasitəsinə yükləyərək sahələrə gətirirlər. Sürücü sahəyə çatdıqdan sonra görəcəyi işlər haqda bir daha fermerdən məlumat alır və işə başlayır. Sürücü gördüyü işin aqrotexniki normalara uyğun olması üçün fermer qarşısında məsuliyyət daşıyır. Məsələn, o, şumlama işlərini icra edirsə, şumun növünün, dərinliyinin, toxum səpirsə, toxumun səpilmə normasının, malalama və yumşaltma işlərinin və s. aqrotexniki normalara və şərtlərə uyğun aparılmasını təmin etməlidir.