xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin
vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa
maddi zərər dəyməsinə səbəb olan hadisədir.
- İcazə verilən maksimum kütlə - istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş,
nəqliyyat vasitəsinin sürücü, sərnişin və yüklə birlikdə yol verilən kütləsinin yuxarı
həddidir.
- Sutkanın qaranlıq vaxtı - sutkanın günəş batandan günəş çıxanadək olan müddətidir; -
Yaşayış məntəqəsi - giriş və çıxışları müvafiq olaraq 5.22-5.25 nişanları ilə işarələnmiş,
əhalinin yığcam məskunlaşdığı ərazidir. Ağ fonu olan 5.22 və 5.23 nişanları yaşayış
məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin tətbiq olunduğunu,
göy fonu olan 5.24 və 5.25 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını
tənzimləyən müvafiq tələblərin bu yolda tətbiq olunmadığını göstərir;
- Yaşayış zonası – yaşayış məntəqəsinin giriş və çıxışları müvafiq olaraq 5.51 və 5.52
nişanları ilə işarələnmiş hissəsidir.
A.1.2 Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları
I.Yol hərəkətinin iştirakçılarının əsas vəzifələri:
1) Yol hərəkəti Qaydalarına riayət etməli, yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair
tələblərini bilməli və yerinə yetirməlidirlər;
2) Yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və işıqforların
siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və
işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi
sürücülərinin siqnallarına tabe olmalıdırlar;
3) Yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə
digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər
vurmamalıdırlar;
4) Yol örtüyünü zədələməməli və ya çirkləndirməməli, yol nişanlarını çıxarmamalı,
qarşısını kəsməməli, zədələməməli, özbaşına yol nişanları, işıqforlar və hərəkətin
təşkilinin digər texniki vasitələrini quraşdırmamalıdırlar;
5) Hərəkətə maneçilik törədən əşyaları və ya materialları ataraq, boşaldaraq və ya yolda
qoyaraq yol hərəkətini çətinləşdirməməli və ya onun təhlükəsizliyi üçün qorxu
törətməməlidirlər;
6) Yol hərəkəti qanunvericiliyinə riayət olunması barədə Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarını yerinə yetirməlidirlər;
7) Nəqliyyat, yol, kommunal və digər müəssisə və təşkilatların vəzifəli şəxsləri, yolda hər
hansı bir iş aparan fəhlələr, eləcə də digər şəxslər müəyyən edilmiş yol hərəkəti
qaydalarına təsir göstərə biləcək maneələr yaratmaqdan və başqa hərəkətlərdən çəkinməlidirlər;
8) Özüyeriyən mexaniki nəqliyyat vasitəsini idarə edənin yanında uyğun texnikanı idarə
etmə hüququ verən sürücülük vəsiqəsi, sahibi yanında olmadan müvəqqəti idarə edirsə,
müddəti keçməyən etibarnaməsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və
sığorta sənədləri olmalıdır;
9) “A” kateqoriyalı traktorçu-maşinistə şəhadətnaməsi ilə 14 kH qədər sinifli təkərli
traktorları, “B” kateqoriyalı traktorçu-maşinistə şəhadətnaməsi ilə 14 kH-dan yuxarı sinifli təkərli traktorları, “V”