Bu məqsədlə traktoru ona qoşulmuş işçi maşınlarla sahələrdə idarə etmək sürücüdən bacarıq və səriştə tələb edir. Sürücü çalışmalıdır ki, cərgələr arası hərəkət etdikdə əkilmiş bitkilərə ziyan vurmasın. O, hərəkət edərkən işin xarakterinə uyğun sürət seçməlidir. Bu sürət elə olmalıdır ki, traktorçu bu sürətlə bir gedişə cərgənin sonuna qədər gedə bilsin. Bir gedişdən sonra sona çatanda işçi maşını cəld nəqliyyat vəziyyətinə gətirməlidir. Yalnız bundan sonra manevr edərək əvvəlki gedişin əks istiqamətində sahəyə daxil olur və işləri sona qədər bu cür ardıcıllıqla yerinə yetirərək sona çatdırır. Müəyyən vaxtdan bir cərgə və ya cərgələr üzrə işi bitirib sahədən çıxdıqdan sonra deyilən qaydada manevr edərək növbəti gedişə başlamazdan əvvəl sahənin kənarında traktoru saxlamalı, traktordan enərək bu vaxta qədər gördüyü işləri sahəyə daxil olaraq nəzərdən keçirməlidir. Bu zaman o, hər hansı bir əskiklik aşkar edərsə, bu çatışmazlığın aqreqatda nə səbəbdən baş verdiyini araşdırmalı, bərpa etməli, yalnız bundan sonra o, yenidən işləri yerinə yetirmək üçün sahəyə daxil olmalıdır. İşlər sona çatdıqdan sonra yerinə yetirdiyi işi sahibinə təhvil verməlidir.
Traktor sahədə hərəkətdə olmasından asılı olmayaraq bütün manevrləri, yerdəyişmələri, dayanmaları və durmaları yerinə yetirərkən yol hərəkəti qaydalarının tələblərinə uyğun yerinə yetirməlidir. Yaşayış məntəqələrinə və yol kənarına yaxın ərazilərdə işləri yerinə yetirirlərsə, onda bu traktorlar əlavə olaraq diqqəti cəlb etməkdən ötrü narıncı mayaqcıqla da təmin olunmalıdırlar. Bu mayaqcıq onlara heç bir üstünlük vermir, yalnız digər hərəkət iştirakçılarını diqqətli olmağa səsləyir.
Taxılyığan kombaynların işinin mövsümdən-mövsümə olması hər bir kənd təsərrüfatı işçisinə yaxşı məlumdur. Odur ki, kombaynlar da digər texnikalar kimi yığım mövsümünə texniki cəhətdən hazır vəziyyətə gətirilməlidir. Yığım vaxtı kombaynlarda baş verə biləcək, yarana biləcək nasazlıqların əvvəlcədən proqnozunun aparılması və bu istiqamətdə lazımı ehtiyat hissələri ilə müəssisənin təmin edilməsi təmin edilməlidir. Kombaynların idarə olunmasının daha təcrübəli traktorçulara həvalə olunması təqdirəlayiq bir addım olardı. Kombaynlar da digər özügedən mexaniki NV-lər kimi