Kombaynlar yığım mövsümü bitdikdən sonra xüsusi şəraitdə, xüsusi qaydada saxlanmaya qoyulmalıdır.
Qiymətləndirmə üsulu | Suallar |
1. Test sualları | - |
2. Düzgün və ya səhv cavabları seçmək | Aşağıdakı cümlələrin əvvəlində boşluğa düzgün (+) və ya
səhv (-) olduğunu işarə edin:
1. ( ) Traktor sahədə hərəkətdə olarkən bütün manevrləri yol hərəkəti qaydalarına uyğun etməlidir. 2. ( ) İşçi maşın yalnız işlər sona çatdıqdan sonra nəqliyyat vəziyyətinə gətirilə bilər. 3. ( ) Sürücünün bilavasitə iştirakı ilə traktor, görüləcək işlərin xarakterinə uyğun maşınlarla aqreqatlaşdıqdan sonra nəqliyyat vəziyyətinə gətirilərək işlərin görüləcəyi sahələrə gətirilir. 4.( )Yaşayış məntəqələrinə və yol kənarına yaxın ərazilərdə işləri yerinə yetirirsinizsə, onda traktora əlavə olaraq diqqəti cəlb etməkdən ötrü qırmızı mayaqcıq əlavə edilməlidir. 5. ( ) İşlər sona çatdıqdan sonra yerinə yetirdiyiniz işi sahibinə təhvil verməlisiniz. |
3. Boşluqları doldurmaq | Aşağıdakı cümlələri oxuyun və boşluqlara uyğun gələn
sözləri daxil edin:
1. Traktorlar görüləcək işlərin xarakterinə uyğun maşınlarla .......................... 2. İş zamanı hər hansı bir əskiklik aşkar edərsinizsə, bu çatışmazlığın aqreqatda nə səbəbdən baş verdiyini .................... 3. Traktor sahədə hərəkətdə olmasından asılı olmayaraq bütün manevrləri ............... hərəkəti qaydalarının tələblərinə uyğun etməlisiniz. 4. Sahədə hərəkət edərkən işin xarakterinə uyğun ....... seçməlisiniz. 5. Kombaynlar yığım mövsümünə ............ cəhətdən hazır vəziyyətə gətirilməlidir. |