Praktik tapşırıqlar və fəaliyyətlər
Praktik tapşırıq B.5.1 – Traktorun şumlama kotanı ilə tarlada idarə olunmasına
dair
tapşırıqların yerinə yetirilməsi
İstifadə edilməli resurslar:
- İş paltarı;
- İstifadə etmək üçün təlimat;
- Traktor, iki yaruslu asma kotan, traktorla aqreqatlaşmış halda və işlərin icra olunacağı
sahə.
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Traktorun şumlama kotanı ilə tarlada
idarə olunmasına dair tapşırıqların yerinə
yetirilməsi
|
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına əməl
edin.
- Traktorun şumlama kotanı ilə tarlada
idarə olunmasına dair tapşırıqların yerinə
yetirilməsini təlimatın tələblərinə uyğun
icra edin.
- Çalışmalısınız ki, tapşırığın tələblərini
maksimum dəqiqliklə yerinə yetirəsiniz.
|
Təlim nəticələrinə nail olmaq üçün tələb
olunan praktiki tapşırıqlar
|
- Traktorun şumlama kotanı ilə tarlada
idarə olunmasına dair tapşırıqların yerinə
yetirilməsi qaydalarını şifahi söyləyirsiniz.
- Traktora asılmış asma kotanı nəqliyyat
vəziyyətinə gətirirsiniz.
- Bundan sonra hər cür yol hərəkəti
qaydalarına əməl etməklə traktoru asma
kotanla birlikdə işlərin yerinə yetiriləcəyi
sahəyə gətirirsiniz.
- İşə başlamazdan əvvəl sahənin
sahibindən - fermerdən görüləcək iş
haqda ətraflı məlumat alırsınız.
- Fermer görüləcək iş ilə əlaqədar sizin
qarşınızda hansı tələbləri qoyur, siz bu
tələbləri necə qarşılayırsınız?
- Asma kotanı bir daha fermerin söylədiyi
normaya nizamlayırsınız.
- Gördüyünuz işin aqrotexniki normalara
uyğun olması üçün fermer qarşısında bir
daha məsuliyyət daşıdığınızı başa
düşdükdən sonra işə start verirsiniz.
- Sahədə hərəkət edərkən işin xarakterinə
uyğun sürət seçməlisiniz.
- Bu sürət elə olmalıdır ki,siz bu sürətlə bir
gedişə cərgənin sonuna qədər gedə biləsiniz.
|