H = 11,1 kq
Nəzərə alsaq ki, öyrənən bu üç texnikanın üçündə də sürmə təlimi keçəcəkdir, onda bir öyrənənə 16 saat fərdi sürmə təliminə tələb olunan yanacaq sərfi:
H = 6,94 kq + 8,33 kq + 11,1 kq = 26,37 kq : 3 = 8,79 x 16 saat = 140,64 kq
H = 140,64 kq və ya 163,53 litr dizel yanacağı tələb olunur.
Dizel mühərriklərinin işə salınması üçün işlədilən dizel yanacağının 1 faizi, mühərrik yağının 3,5 faizi, sənaye yağının 0,2 faizi, 0,6 faizi isə plastik yağlar üçün tələb olunur. Məsələn, 16 saatlıq sürmə təlimində 140,64 kq dizel yanacağı işlədilirsə, onda:
140,64 kq x 1% x 10-2 = 1,98 litr yanacaq;
140,64 kq x 3,5% x 10-2 = 6,92 kq mühərrik yağı
140,64 kq x 0,2% x 10-2 = 0,4 kq sənaye yağı;
140,64 kq x 0,6% x 10-2 = 1,19 kq plastik yağ.
Dizel yanacağı ilə işləyən mühərriklər | |
Mühərrikin həcmi (kub.sm) | Miqdar (litrlə) |
1700-1900 | 6 |
1900-2000 | 7 |
2000-2500 | 8,5 |
2500-3000 | 10 |
3000-dən artıq | 11 |
Qiymətləndirmə üsulu | Suallar |
1. Test sualları | - |
2. Düzgün və ya səhv cavabları seçmək | - |
3. Boşluqları doldurmaq | Aşağıdakı cümlələri oxuyun və boşluqlara uyğun gələn
sözləri daxil edin:
1. Traktorlarda və özüyeriyən mexaniki nəqliyyat vasitələrində fərdi sürüş zamanı bir şagirdə tələb olunan yanacaq və yağlama materialları ........ düsturla hesablanır. 2. Bir şagirdin fərdi sürmə təlimi üçün tələb olunan yanacaq .......................... düsturla hesablanır. 3. MTZ – 80 markalı traktorda fərdi sürmə zamanı dizel yanacağının sərfi ......................... düsturu ilə hesablanır. 4. Dt -75 M markalı traktorda fərdi sürmə təlimi zamanı dizel yanacağının sərfi ................. düsturu ilə hesablanır. |