|
salınmasında istifadə olunan nizamlayıcının və
.............................. siqnallarına əməl etməlidir.
Sual 5: Sürücü - hər hansı növ nəqliyyat ............... idarə edən
şəxsdir.
Sual 6: Piyada - nəqliyyat vasitələrindən kənarda yol
hərəkətində iştirak edən və yolda hər hansı ........ görməyən
şəxsdir.
|
A.2 Yol nişanları, yolun nişanlanması və onun xarakteristikası,
işıqforun və nizamlayıcının siqnallarının mahiyyəti
A.2.1 Yol nişanları və onların mahiyyəti
I. Yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol
hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır.
II. Yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi
hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər).
III. Hər bir yol nişanının öz nömrəsi olur ki, onun birinci rəqəmi qrupun nömrəsinə uyğun
olur, sonrakı rəqəmlər qrupda ardıcıl nömrəni və müxtəliflik mövcud olduqda onun ardıcıl
nömrəsini əks etdirir.
IV. Müxtəlif qruplardan toplanan üstünlük nişanlarından başqa, hər qrup yol nişanlarının
özünəməxsus rəngi və forması var.
V. Yol nişanlarının sutkanın hər bir vaxtı fərqləndirilməsi və oxunması üçün onlar daxili
və xarici işıqlandırılma və ya işıqqaytarıcı səth ilə (nəqliyyat vasitələrinin işıq cihazlarının
işığını əks etdirən xırda şüşə kürəciklərinin əsasında xüsusi nazik pərdə) təchiz edilir.
Daxildən işıqlandırılmış nişanlar yolun süni işıqlandırılmış yerlərində qurulur. Süni
işıqlandırılmamış yollarda işıqqaytarıcı səthli nişanlar tətbiq olunur. İşıqqaytarıcı səthli
nişanların 100 metrdən az olmayan məsafədən görünməsi təmin edilərsə, onların
stasionar işıqlandırılmış yollarda da qurulmasına yol verilir.
VI. Yol nişanlarının yerləşdirilməsi müvəqqəti xarakter daşıyırsa (məsələn, yollarda təmir
işləri görülürsə, yolun üstü sürüşkəndirsə və s.) və onların istifadə edilməsinə ehtiyac
qalmayıbsa, bu nişanlar təcili çıxarılmalıdır.
VII. Yolun eyni kəsiyində üçdən artıq yol nişanının qurulmasına icazə verilmir (təkrar
olunan nişanlar və əlavə lövhəciklər nəzərə alınmamaqla). Xüsusi qeyd olunmuş
hallardan başqa, yolun sağ tərəfində bütün yol nişanları qurulur. İki və ya artıq zolaqla bir
istiqamətdə hərəkəti olan yollarda yol nişanları vaxtlı-vaxtında sürücü tərəfindən çətinliklə
qavranılarsa, onlarda olan məlumat nəzərə alınmaqla nişanlar təkrar qurulmalıdır. Təkrar
nişanlar ayırıcı zolaqlarda, əgər ayırıcı zolaq yoxdursa və əks istiqamətli hərəkət üçün iki
hərəkət zolağından artıq hərəkət zolağı nəzərdə tutulmamışdırsa, belə yol nişanları yolun
sol tərəfində qurulur. Yolun solunda yerləşdirilən yol nişanının görünməsinin təmin
olunması mümkün deyilsə və ya əks istiqamətli hərəkət üçün üç və artıq hərəkət zolağı
varsa, onda yol nişanları yolun hərəkət hissəsinin üstündə qurulur.