Əlavə məlumat nişanları:
I. Əlavə məlumat nişanları (lövhəciklər) birlikdə tətbiq olunduğu nişanların təsirini
dəqiqləşdirir və ya məhdudlaşdırır.
II. Lövhəciklər birlikdə tətbiq olunduqları yol nişanının bilavasitə altında yerləşdirilir. Yolun
hərəkət hissəsinin qırağında və ya səkinin üstündə asıldıqda, 7.2.2-7.2.4, 7.13 əlavə
məlumat nişanları yol nişanlarının yan tərəfində yerləşdirilir.
A.2.2 Yolun nişanlanması və onun xarakteristikası
I. Yolun nişanlanması (5 saylı əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli
vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış
qabiliyyətinin yüksəldilməsinə xidmət edir.
II. Yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti
qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən,
yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər,
yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və
işıqforlarla birlikdə tətbiq olunur.
III. Yolun nişanlanmasının aşağıdakı formaları var:
1) Üfüqi;
a) Uzununa (1.1-1.11);