A.2.3 Nizamlayıcının və işıqforun siqnallarının mahiyyəti
Nizamlayıcının siqnalları:
I. Yollarda, yolayrıcılarında və digər yerlərdə yol hərəkəti qaydalarına nəzarəti həyata
keçirmək, yol hərəkətinin gərginliyinə yol verməmək və ya onu aradan qaldırmaq üçün
nizamlayıcı siqnallarından istifadə olunur.
II. Nizamlayıcının siqnallarının aşağıdakı mənaları var:
1) Bütün nəqliyyat vasitəsi sürücülərinə və piyadalara aid olan siqnallar:
Şəkil 8. Nizamlayıcının bütün NV-ri sürücülərinə və piyadalara aid olan siqnalları
a) "Diqqət. Hərəkət dayandırılsın" siqnalı hərəkəti qadağan edir, lakin siqnal verilərkən
yolayrıcında olan sürücülərə və piyadalara hərəkətlərini davam etməyə icazə verir;
Şəkil 9. Müəyyən istiqamət üzrə hərəkət
b) "Müəyyən istiqamət üzrə hərəkət"
siqnalı nizamlayıcının sinə və arxa
tərəfindən gələn nəqliyyat
vasitələrinin və piyadaların hərəkətini
qadağan edir, sol və sağ tərəfindən
gələn tramvayların düzünə, relssiz
nəqliyyat vasitələrinin düzünə və sağa
hərəkət etməsinə, sinə və arxa
tərəfindən isə piyadalara yolun hərəkət hissəsini keçməyə icazə verir;
v) "Sola dönmə" siqnalı nizamlayıcının sol tərəfindən gələn tramvayların sola dönməsinə,
relssiz nəqliyyat vasitələrinə bütün istiqamətlərdə hərəkət etməyə, sinə tərəfindən gələn
nəqliyyat vasitələrinə sağa dönməyə, arxa tərəfindən piyadalara hərəkət hissəsini
keçməyə icazə verir, sağ və arxa tərəfindən gələn nəqliyyat vasitələrinin hərəkətini isə
qadağan edir;
Şəkil 10. Sola dönmə siqnalı
2) Konkret nəqliyyat vasitəsi sürücüsünə və piyadaya aid olan siqnallar: