XIII. Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz
olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa
şəxslərin köməyindən istifadə etməlidir.
XIV. Yolayrıclarında və bu maddənin on ikinci hissəsinə əsasən, geriyə dönmənin
qadağan edildiyi yerlərdə geriyə hərəkət qadağandırXV. Yol nişanları ilə hərəkət
üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan
sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir
A.3.2 Traktor və digər mexaniki nəqliyyat vasitələrinin yolun
hərəkət hissəsində yerləşməsi
I. Normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun
hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda,
habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət
hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət
etmək qadağandır.
II. Hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət
üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır
III. Üç hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında nəqliyyat vasitələri yolun hərəkət
hissəsinin mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunan orta
zolağa keçməməlidirlər. Orta zolağa keçməyə yalnız ötmə, yandan keçmə və sola, yaxud
geriyə dönmə üçün icazə verilir.
IV. Eyni istiqamətdə azı iki hərəkət zolağı olan yolda tramvay yolları olduqda tramvay
yollarına çıxmaq qadağandır. Başqa yollarda nəqliyyat vasitələrinin sürücüləri tramvay
yaxınlaşarkən, imkan olan kimi tramvay xəttini boşaltmalıdırlar.
V. Eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda nəqliyyat vasitələrinin
bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı asta gedən nəqliyyat vasitələri
yalnız sağ kənar zolaqla hərəkət etməli, tam kütləsi 3,5 tondan çox olan nəqliyyat
vasitələri isə həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır; hərəkət
istiqamətini sola dəyişmək və ya dönmə halları istisna təşkil edir.
VI. Nəqliyyat vasitələrinin sürücüləri intensiv hərəkət vaxtı yalnız sola və ya sağa
dönmək, ötməyə hazırlaşmaq, hərəkəti düzünə istiqamətdə davam etdirmək,
dayanacağa və ya duracağa çıxmaq üçün olduqları hərəkət zolağını qaydalara əməl
etməklə dəyişə bilərlər.
A.3.3 Hərəkət sürəti, ötmə və qarşılıqlı keçmə, dayanma və durma
I. Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və
vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini
nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox
olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat
vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri
görməlidir.
II. Nəqliyyat vasitələri:
1) Yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə
(səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə